Müasir gəlinlər üçün saç düzümləri

Müəllif: ulduz
Şərhlər: 6
Baxılıb: 952
Paylaş:
Səs ver:
(səs: 3)
Hər gəlin toy günü gözəl və valehedici olmaq istəyir. Zərif və düzgün seçilmiş gəlinlik paltarı, ən əsası, səliqəli saç düzümü qüsursuz gəlin obrazı yaratmağın ən birinci şərtidir.

Romantik və yaddaqalan obraz yaratmaq üçün dizaynerlər saç aksessuarlarından istifadə etməyi məsləhət görür. Onların gəlinlər üçün təqdim etdiyi saç aksessuarları gözəlliyi ilə insanı heyran edir.

Saç sancaqları
Aksessuar seçimi genişdir. Gəlinin saçını bəzəməyin ən sadə və əlverişli üsulu gözəl saç sancaqlarıdır. Bu rahat və praktik aksessuar həm gəlinin saç düzümünü möhkəm saxlayacaq, həm də ona bəzək verəcək. Saç sancaqlarının strazlar, gül-çiçək və mirvari ilə bəzədilmiş bir çox variantları var. Lələkli sancaqlara da rast gəlinir. Bunların hər biri fərdi obraz yaratmağa qadirdir: zərif, romantik, vintaj... Bir sözlə, sancaqlar zərif gəlin obrazının ayrılmaz hissəsi olacaq!

Saç lentləri
Atlaz, tül və ipək lentlər də gəlin saçı üçün gözəl bəzək sayılır. Bu ilin yeni tendensiyasına muncuqlar, strazlar və s. dekorativ elementlərlə işlənmiş saç lentləri daxildir. Gözlənilməz fakturalar və əlavə elementlərlə bəzədilmiş lentlər kreativ gəlin obrazı yaratmaq istəyənlər üçün əvəzolunmaz detaldır.

Dekorativ çələng və...
Çələng və "abodok”lar da son dərəcə zərif, incə gəlin obrazı yaratmağa imkan verən ən populyar aksessuarlardan biri sayılır. Bu cür aksessuarlar xüsusilə qısa saçlı gəlinlərə istənilən obrazı yaratmağa yardım edəcək.

Gəlin tacı
Gəlin tacları zərif şahzadə obrazını yaratmaq üçün ideal seçimdir. Əgər siz təmtəraqlı və möhtəşəm görünmək istəyirsinizsə, bu, uğurlu variantdır. Lakin tac seçiminə xüsusi diqqətlə yanaşmaq lazımdır. Bu aksessuar gəlinin digər elementləri ilə ahəng təşkil etməlidir. Bu səbəbdən, klassik tacları daha incə və müasir variantlarla əvəzləyin.

Müəmmalı vual
Bu aksessuar fransız və ya Qərb üslubunda gəlin obrazı yaratmaq istəyən qızlar üçün ideal saç bəzəyi olacaq. Ümumiyyətlə, vual bu gün duvağı əvəz edən unikal bəzək əşyasıdır. Bu romantik və sirli element ümumi görünüşə xüsusi məlahət verir. Bu zaman zərif və aristokrat obraz yaranır.

Tər güllər
Təzə güllər gəlinin təbii gözəlliyini vurğulayacaq. Onlar sizin tərzinizə zəriflik və romantika qataraq, təmtəraqlı obrazı yumşaldacaq. Bu bəzəyin yeganə mənfi cəhəti tez solmasıdır. Odur ki, saç üçün gül seçərkən ən dözümlü gül növlərinə üstünlük verin

Fatalar
Bu gün müasir gəlinlər duvaq yerinə saçın arxasında çalma kimi bağlanmış fatalar seçirlər. Bu gözəl bəzək qısa və uzun saç düzümündə eyni dərəcədə gözəl görünür. Onların köməyilə siz çox incə, zərif və romantik obraz yarada bilərsiniz.

loading...
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 952
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Barbaris
bzilerini beyendim
5 may 2016 19:29
6
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
Miss_Oxatan
her qiz ozunu bir cur gormek isteyir toyunda esas odur xeyallarini gerceklewdirmek ucun en yaxwi usta tapsin.
5 may 2016 17:05
5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
vipbetul
gelinlerde esas sadeliye fikir verirem sade olduqda daha gozel olur
5 may 2016 12:15
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Miss_Angel
mende gelinler uucn olan taclari fatalari birde gul cicekli taclari sevirm
5 may 2016 11:25
3
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
NURANE
Sekillerde olsaydi daha gozel.olardi men gelinler cum ince taclari daha cox xoslayram
5 may 2016 11:17
2
1) Ağıllı insanlar başqalarının təcrübələrindən yararlanarlar,inadçı insanlarsa hər şeyi özləri etmək istəyərlər.(John Lubbock)
Offline
BARBI
Gelinler ucun cicekli taclari ve vuali sevirem. Cazibedar gorsenir
5 may 2016 08:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv