Qarın hissəsindəki yağları əridəcək və sinə sallanmasının qarşısını alacaq tövsiyələr

Şərhlər: 5
Baxılıb: 10 470
Səs ver:
(səs: 2)
Havaların istiləşməsilə şkafımızın gözündən nazik, dekolteli yaz-yaz geyimlərimizi də çıxardırıq. Amma geyinib güzgüdə baxanda görüntü kefimizi pozur. Qışdan bəri yediyimiz xəmir, isti qazan xörəkləri qarın, bel hissəsində artıq yağlar əmələ gətirib, bədən və sinəmizdə isə sallanmalar yaranıb. Bütün bunlardan tez bir şəkildə əməliyyatsız, ev şəraitində yaxa qurtarmağı düşünürük. Bunun üçün vasitələr axtarmağa başlayırıq. Heç də uzağa getməyin. Sizə ev şəraitində bel, qarın hissənizdəki yağlardan canınızı qurtaracaq, bədən və döş hissənizdəki sallanmaları yox edəcək  hərəkətlər, ipucları və iki intensiv krem təqdim edirik.

Qarın və bel hissəsindəki yağları yox etməyin həll üsulları
Qarın və bel hissənizə tez bir zamanda təqdim etdiyimiz rutini tətbiq etsəniz yaxşı nəticə əldə edəcək və geyimlərinizi rahatlıqla geyinəcəksiniz.

İşə az yeməkdən başlayın
Axşam yeməklərinizi çox miqdarda mineral maddələr qəbul edəcəyiniz tərəvəzləri bol olan yeməklərdən yana seçin. Nəticədə orqanizminiz yığılan yağları əritməyə başlayacaq.
Tez-tez ara atışdırmalıqlar yeyin. Şəkəri isə mümkün olduğu qədər rasionunuzda çıxardın. Əvəzində isə orqanizminizin şəkərə olan ehtiyacını meyvələrlə qarşılayın. Amma meyvəni mütləq və mütləq bir zülalla qəbul edin ki, qana qarışıb daha sonra da, yağa çevrilməsin.

İdman hərəkətlərini unutmayın
İdman hərəkətlərinizi səhər qəhvəaltısından əvvəl etsəniz gecə boyu xərcləmədiyiniz enerji balansını qoruyacaqsınız və yığdığınız yağları əridəcəksiniz.
Axşam yeməyindən sonra etsəniz isə bütün gün boyu topladığınız şəkəri əridəcəksiniz. Hətta yatdığınız zaman belə bədəninizdəki yağ depolarından da, yaxa qurtaracaqsınız.

İp atlayın
Qıçlar əzələlərin ən çox əmələ gəldiyi hissədir. Onları gücləndirmək, kaloriləri daha yaxşı yandırmaq və maddələr mübadiləsini sürətləndirmək mənasına gəlir.
Qıç əzələlərinizi gücləndirəcək idman hərəkətləri də etmək sizin işinizə yarayacaq. Heç bir iş etmək istəmirsinizsə gündə ən azı 15 dəqiqə ip atlayın. Beləliklə, hər gün 100 kaloridən daha artığını xərcləyəcəksiniz.
Bütün bunları özünüzü məcbur etmədən edin. Yadda saxlayın ki, mütəxəssislər həftədə 1 kq və 6 həftədə isə bir bədən arıqlamağı mükəmməl hesab edirlər.

Ev işləri
Yerləri təmizləyərkən tozsoran əvəzinə adi süpürgə və bezdən istifadə edin. Havanın isti olacağı günorta saatlarında isə əllə paltar yuyun və ütüləyin.
Acıdığınız zaman özünüz üçün bir pəhriz yeməyi hazırlayın.

Masaj tətbiq edin
Masaj qarın və bel hissəsindəki yağları əritmək üçün ən yaxşı vasitədir. Yaxşı seçilmiş masaj kremi ilə qarın və bel hissənizi ovmağa başlayın. Nəticədə bu hissələrdəki yağların əriməsi üçün yaxşı başlanğıc olacaq.
Masaj dərinin istilik dərəcəsini artıraraq enerji qəbulunu da, artırır və eyni zaman da, bağırsaqların hərəkəti sürətlənir. Qanın hərəkətini sürətləndirən masaj bədəndən daha artıq suyun atılmasına şərait yaradır. Hər gün masaj etməyi unutmayın.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 10 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri