Əsrarəngiz Audrey Hebburn gözəlliyinin 7 sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 025
Səs ver:
(səs: 2)
20-ci əsrin ən parlaq simalarından biri olan Audrey Hepburn dəb və tərz ikonası kimi də hər kəsin ürəyini fəth etmişdi. Onun eleqantlığı, mükəmməl obrazı bütün dünyanı öz əsirinə çevirmişdi. Halbuki, Hepburn öz gözəlliyini çox adi hesab edir və qeyri-adi görünüşə sahib olduğunu düşünmürdü.

1. Çox su içmək
Onun dostları və iş yoldaşları xatırlayır ki, aktrisa hər zaman onlara çox su içməyi tövsiyə edirdi. Yəqin ki, məhz elə bu onun əsas sirri olub: çox su içmək və meyvə-tərəvəzlə qidalanmaq.

2. Hər ay bədənin tamamilə təmizlənməsi
Audrey ayda bir dəfə detoks günü elan edirdi. Həmin gün ərzində o ancaq meyvə-tərəvəz və ağartı məhsulları yeyir, çoxlu su içirdi. Bu ona uzun uçuşlardan sonra bioloji ritmini qaydaya salmağa, iqlim və saat qurşağı dəyişikliklərinə dözməyə kömək edirdi. O, bir çox hallarda səyahətlərdən sonra özünü haldan düşmüş hiss edirdi və bu cür gün keçirərək gücünü bərpa edirdi.

3. Kartof – əsas məhsul
Danimarka və irland kökənli aktrisa üçün elə məhz buna görə də kartof əvəzedilməz və vərdiş etdiyi məhsul idi. Bir çox yeməkləri kartofla hazırlayırdı.

4. Təmiz hava
Aktrisadan gözəlliyini qorumaq üçün hər gün nə etdiyini soruşduqda, hər zaman cavab verirdi: "Mən gəzintiyə çıxıram. Təmiz havada xeyli gəzirəm və bədənim oksigenlə dolur. Bütün sirr bundan ibarətdir.”

5. Şahzadə duruşu
Aktrisa karyerasına baletlə başladığı üçün, rəqs hərəkətlərinə vərdiş etmişdi. Hətta rəqs zallarından uzaq olduqda da, o sanki rəqs edirmiş kimi şux qamətlə gəzirdi. O, hər zaman şahzadələr kimi şux qamətiylə hər kəsi heyran edirdi.

6. Ancaq təbii makiyaj
Audrey özü üçün minimalist bir tərz müəyyən etmişdi – elqantlıq və klassika. Gözlərini vurğulayaraq, obrazını çox sadə tonlar üzərində qururdu. Üzündə artıq görünən nə isə tapmaq mümkün deyil.

7. Hər gündən həzz alın
Aktrisanın çox pozitiv həyat anlayışı var idi. Hətta bəzən onun sadəlövh olduğunu da deyirdilər. O, ətrafda olan bir çox şeyə heyran ola bilərdi – balaca uşaq kimi. Hər günündən həzz almağı bacaran insan idi.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri