Fotogenik deyiləm, fotolarda yaxşı çıxmıram deyirsinizsə, səbəbi var

Şərhlər: 7
Baxılıb: 2 612
Səs ver:
(səs: 2)
İnsanların bəlkə də 90 faizi fotolarda çirkin düşdüyünə inanır. Bunun isə çox bəsit bir səbəbi var- GÜZGÜLƏR! Belə ki, özümüzü güzgüdə görməklə qarşı tərəfdən görmək arasında fərq var: biri digərinin çevrilmiş halı olaraq görünür. Biz uzun illərdir ki, özümüzü qarşıdan deyil, güzgüdən gördüyümüz üçün həmin görüntüyə də olduqca öyrəşmişik.
Digər tərəfdən də insanın siması tam simmetrik deyil. Sol tərəfiylə sağ tərəfi arasında kiçik, lakin beynimizin diqqətini çəkə bilən fərqlər mövcuddur. Məsələn, kiminsə bir gözü digərindən böyük, bir qaşı digərindən fərqli, bir yanağı digərindən bir az daha şişkin və sair ola bilir. Əlbəttə ki, bunlardan daha böyük fərqlər də mövcuddur. Beynimiz fotolarda bu fərqləri dərk etdiyi üçün fotodakı görünüşümüzü bəyənmir.

Aparılan tədqiqatlar da sübut edib ki, insanlar çəkdirdikləri fotoların döndürülmüş formalarını adətən daha çox bəyənirlər. Bundan başqa, əgər siz fotoda güzgüdə göründüyünüz kimi çıxsaydınız, bu dəfə də digərləri sizin yaxşı görünmədiyinizi düşünərdi. Çünki onlar sizin güzgüdəki görünüşünüzə vərdiş etməyiblər.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri