Sizi yaşlı göstərən 9 səhv

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 360
Səs ver:
(səs: 2)
Gözəl və düzgün makiyaj sizi həm gənc, həm də sağlam göstərir. Ancaq bəzən səhv tətbiq olunan gözəllik ritualları sizi olduğunuzdan yaşlı və qüsurlu göstərə bilər.

1- Həddən artıq makiyaj

Az makiyaj sadəcə üz cizgilərini bir qədər vurğulayaraq sizi təbii göstərər. Artıq makiyaj isə sizin olduğunuzdan fərqli göstərər. Məhz bu səbəbdən seçim etdiyiniz az makiyaj həm dərinizi daha az yorar, həm yaşınızı böyük göstərməmiş olarsınız.

3- Dərini ölü hüceyrələrdən təmizləməmək
Bütün bədənə peeling etməyin əhəmiyyəti çox təəssüf ki, çox vaxt nəzərə alınmır. Ölü hüceyrələrdən bədəni təmizləmək, dərinin özünü yeniləməsi üçün çox vacibdir! Həftədə ən az 2 dəfə dəri tipinə uyğun bir peelinglə dəri ölü hüceyrələrdən təmizlənməlidir.

4- Günəş kremi istifadə etməmək
Nəmləndiricidən daha əhəmiyyətli bir şey varsa, o da günəş kremidir! Çünki bu krem dərinizi nəmləndirərkən, eyni zamanda sizi günəşin zərərli şüalarından da qoruyur.

5- Parıltılı makiyaj məhsulları seçimi
Makiyajın parıltılısı sizi yaşlı göstərəcəkdir. Bu səbəbdən parıltılı makiyaj vasitələrindən uzaq olun.

6- Gün eynəyi istifadə etməmək
Çöldə günəş çox az olsa da gün eynəyinizi taxmağı unutmayın. Günəşli havada gözlərinizi qısaraq baxdığınız hər saniyə, sizdə qalıcı bir qırışıqlığın başlanğıcı ola bilər. Ayrıca göz sağlamlığınız baxımından mütləq şüşəsi keyfiyyətli məhsullar istifadə etməlisiniz.

7- Alt kirpiklərə tuş çəkmək
Bəli iri gözlərə sahib olmaq super bir hissdir! Ancaq bunu alt kirpiklərinizə tuş sürərək etmək, yaşınıza yaş qatdığı üçün doğru bir yol deyil. Onun yerinə nude tonlarda bir göz qələmi tətbiq edin. Çox daha cazibədar bir görünüş əldə edəcəksiniz.

8- Pudra istifadəsini şişirtmək
Unudanlar üçün təkrar etməkdə fayda var: “Pudranın istifadə məqsədi üzünüzdəki parlaqıqları az da olsa yüngülləşdirmək!” Ancaq pudra ifrat olarsa, qüsurları vurğulayar, qırışlara dolaraq büruzə edər.

9- Çox incə qaşlar
Qaşlarınızı nə qədər nazik edərdinizsə, bir o qədər böyük görünəcəksiniz. Məhz bu səbbədən mümkün qədər qaşların təbii formasını qoruyaraq şəkilləndirməyə diqqət edin.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri