Ani Lorakdan gözəllik və qulluq sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 202
Səs ver:
(səs: 2)
33 yaşlı müğənni Ani Lorakı «qığılcım», «od-alov» adlandırırlar. Çox enerjili və gözəl olan bu qadının özünəməxsus sirləri var.

Rejimi
Səhərim mütləq kontrastlı duşla başlayır. Özü də bacardıqca soyuq su ilə yuyunuram. Əgər yuxudan doymamışamsa, yarıyuxulu da olsa duşa girirəm, bərkdən oxuyuram, hətta qışqırıram. Dərhal adama enerji gəlir.

Bədən dərisinə qulluq
Mütləq həftədə bir dəfə ballı-ərikli skrabla bədənimi sürtürəm. Hər dəfə duşdan sonra bütün bədənimə yumşaldıcı krem çəkirəm.

Kosmetika çantasında nələr var?
Chanel dodaq parıltısı, MAC kirşanı, Yves Laurent-dən korrektor, Lancome karandaşı

Üzə qulluq
Heç vaxt üzünüzə tərkibi məlum olmayan kremlər, kirşanlar çəkməyin. Hər axşam mütləq kosmetika qalığını silin, təmizləyin, sonra yatın. Yoxsa səhər üzünüz yorğun,tutqun, əzgin görünəcək. Üzə qulluğun 3 vacib şərti:
1. Üz və bədənə yaxşı pilinq edin ki, məsamələr açılsın.
2. Çiməndən sonra mütləq üz və bədənə nəmləndirici krem çəkin.
3. Göz üçün korrektoru yanınızdan əskik etməyin. Mən evdən gözümün altına korrektor çəkmədən çıxmıram. Rejimim ağırdır, yuxum az, gözlərimin altını ancaq korrektor gizlədir.

Yuxuya qənaət etməyin
Qadın nəyə qənaət edirsə etsin, yuxuya qənaət etməməlidir. İmkan varsa, saat 11-də yatmağa gedin. Çünki o saatdan başlayaraq dəri dincəlməyə, hüceyrələr yenilənməyə başlayır.

Gimnastikası
Evdə bu proqrama əməl edirəm: 50 dəfə ayaqlarım üçün hərəkətlər, 30 dəfə qarın presi. Yuxudan oyanan kimi yerimdəcə ayaqlarımı qaldırıb endirirəm, ən azı 30 dəfə. Rəfiqəm mənə şpaqat açmağı öyrədib. Arada əzələlərimi şpaqatla açıram. Gimnastikada nəticə onda olur ki, sən onu hər gün edirsən və heç zaman unutmursan.

Pəhrizi
Qastrollarda, çəkilişlərdə qida rejimim pozulmuşdu, ayaqüstü, xüsusən yatmazdan əvvəl yemək bədənimi əldən salmışdı. Özü də piylər həmişə lazım olmayan yerlərdə yığılır. Hər bir qadın bilməlidir ki, o kökələndə birinci və ən çox hansı nahiyəsi piy yığır? Bunu bildikdə həmin nahiyəyə görə hərəkətlər tapmalıdır. Mən pəhriz saxlamıram, məcbur olanda yağlı da yeyirəm, qazlı su da içirəm, şokolad da dadıram.

Bir qızıl qaydam var: heç vaxt doyana kimi, mədəmi doldurmuram. Yatmazdan 3 saat əvvəl yemək və çayımı içirəm. Axşamlar su içmirəm, yoxsa səhərə üzüm şişir. 30 yaşımdan idman zalına getməyə məcbur oldum. Boyum balaca olduğumdan çəkim də az olmalıdır. Hələ ki, press və az yeməklə çəkimi saxlayıram.

Üz maskası
Anamın məsləhət gördüyü resept superdir: təzə çiyələyi əzirsən, üzünə çəkirsən. Bir də xiyar dilimləri... Mən onları yatanda da üzümə, gözümün üstünə, hətta boynuma düzürəm. Nahaq yerə deməyiblər ki, boyun və əllər qadının yaşını göstərir. Əllərə mum çəkməkdən də ötrü də ürəyim gedir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri