Məşhur modelin gözəllik sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 028
Səs ver:
(səs: 1)
Amerikalı aktrisa və model Bleyk Layvli arıq olmamasına baxmayaraq, gözəl və cazibədar bədən quruluşu ilə seçilir.

Məşhur ulduz gözəlliyinin sirlərindən danışıb. Onun sözlərinə görə, bunun üçün ilk növbədə müntəzəm olaraq idman etmək lazımdır: “Həftədə 4-5 dəfə idman edirəm. Bu çox olmasa da, əslində az da hesab olunmaz. Bundan əlavə hər gün yoqa ilə məşğul oluram”. Tənbəl olduğunu söyləyən Bleyk güclü idman edərək tərləməyə çalışdığını və bu üsulla arıqladığını söyləyir.

Bleyk Layvli pəhrizi:
Səhər yeməyi- zəruridir
Bleyk heç vaxt səhər yeməyindən imtina etmir və bu çox doğru seçimdir. O, bildirir ki, əgər kalorili nə isə yemək istəyirsə, bunu mütləq səhər edir. Bu yolla səhər yeyilən kalorili yeməklər piyə çevrilmir, omba və qarın hissəsinin kökəlməsinin qarşısını alır.

Meyvə- ən yaxşı dost
Acmısınızsa və nə yeyəcəyini bilmirsinizsə, əlbəttə yeməklərdən imtina etmək və yalnız meyvəylə qidalanmaq lazımdır. Çips və şirniyyatdan tamamilə uzaq durmaq lazımdır. Özünüzlə işə 2 alma və portağal apara bilərsiniz. Bununla da həm aclıqdan qurtula, həm də effektiv arıqlama üsulundan yararlanmış olarsınız.

Özünü sevmək
Layvli hesab edir ki, özünü sevmədən bunların heç birinə nail ola bilmərsiniz. Hər zaman bədənə qulluq edən və müxtəlif kosmetik vasitələrlə onun qayğısına qalan Bleyk özünü sevdiyiniz müddətcə istədiyiniz nəticəni alacağınızı deyir.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 028
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri