Yay makyajı

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 8 759
Səs ver:
(səs: 1)

  Dünyanın aparıcı vizajistləri yekdilliklə razılığa gəliblər ki,yay mövsümü təbii rənglər və əlbəttə ki,təbii makiyaj vaxtıdır.

 

1.İlk parlaqlıq olmalıdır!

Yay mövsümünün əsas trendi-parıltılı dəridir.Bunun üçün düzgün vasitədən istifadə etmək lazımdır.Bu vasitə tonal krem və işıqlandırıcılardır.


Yay makiyajı.
 
Tonal kremi üzünüzə çəkmək qaydaları vardır və bu qaydalar əsasında istifadə etmək məsləhət görülür.Gözətrafı dəriyə,alının ortasına,burunun üst hissəsiniə doğru bir şəkildə vurulmalıdır.Düzgün istifadə texnikası zamanı üzünüz möhtəşəm olacaq.Amma burada bir incə nüans var;parıltı vasitələrindən sui-istifadə etmək olmaz,əks halda gözəllik və təravətə zidd olan görünüş əldə edə bilərsiniz!

 Yay makiyajı.

 2.Təbii dodaqlar

 Bu mövsüm portağal çalarlı pomadalar xüsusi populyarlığı ilə seçiləcəkdir.Portağalın dolğun çaları istənilən geyimə uyğun gələn universal seçimdir.

 

Əgər narıncı rənglə təcrübə aparmağa hələ hazır deyilsinizsə,onda dodaqlarınızı daha cəlbedici və parlaq göstərən rənglə kifayətlənin.

 

 Yay makiyajı.

 

3.Həcmli kirpiklər

Təbii makiyajı bu mövsüm aktual sayılan uzun və həcmli kirpiklər olmadan tamamlanmış hesab etmək olmaz.Məhz onlar sürmənin olmadığını hiss etdirməyəcək və gözəl gözlərinizi vurğulayacaq.Tuşdan istifadə zamanı diqqətli olun;hər kirpiyi hətta ən qısasını belə dəqiq rəngləmək lazımdır!

 

  

Və sonda sizə əbədi gözəllik arzu edirəm.

 

 

Redakte etdi: Pretty girl

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 8 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri