Gecə yatmadan öncə makiyajı mütləq silin - ZƏRƏRLƏRİ

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 644
Səs ver:
(səs: 0)
“Bir qadın makiyajını silmədən yatırsa, ya silməyi unudacaq qədər xoşbəxtdir, ya da makiyajı önəmsəməyəcək qədər kədərli”.

Bir qadının dərisinə edəcəyi ən böyük pislik nədir? Təbii ki, makiyajlı yatmaq. Bir çoxumuz günün yorğunluğundan evə gələrkən makiyajımızı silməyə belə ərinirik. Halbuki hər birimiz makiyajlı yatmağın zərərli olduğunu eşitmişik. Bəs bu zərərlər hansılardır?

Qadinlar. Biz makiyajla yatmağın zərərlərini sadalayır.

Makiyajla yatıb ertəsi gün oyandığınızda dərinizdəki ağırlığı hiss etmiş olarsınız. Yatmadan makiyajı silib nəmləndirici sürtsəniz, daha fərəh oyanarsınız.

Göz makiyajını silmədən yatmaq olduqca həssas olan göz ətrafları üçün zərərlidir. Göz kölgəsi ilə yatarkən gözətrafı dəriniz daha tez təsir görər. Gözdə itdirsəyi kimi xəstəliklərin yaranmasına səbəb olur. Allergik reaksiya da törədə bilər.

Gözlərdəki tuju silmədən yatmaq kirpiklərin zəifləməsinə və tökülməsinə səbəb olur. Tujla yatmaq göz dibində itdirsəyinin çıxması və irəliləyən mərhələlərdə göz quruluşunun deformasiyaya uğramasına yol aça biləcək infeksiyalar yarada bilər.

Dəriniz gün boyu bakteriya, hava kirliyi, eqzos qazı kimi zərərli təsirlərə məruz qalır. Tonal kremlər də dərinizdəki məsamələri tıxadığı üçün bu bakteriyalar daha təhlükəli hala gəlir.

Dodaq boyası ilə yatdıqda səhər oyanarkən dodaqlarınızın quru və çatlamış vəziyyətdə olduğunu görəcəksiniz. Dodaqlarınıza şəkər tozu və limonla hər gecə pilinq edib nəmləndirin.

Yuxu saatlarında dəri özünü yeniləyir. Əgər yatmadan əvvəl makiyajınızı təmizləməsəniz, dəriniz yetərincə nəfəs almayacaq. Və bu da erkən yaşlanma, sallanma, fərqli dəri problemləri deməkdir.

Sızanaqlı yorğun və qırış bir dəri istəmirsinizsə, dərinizə yaxşı baxın!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri