Üz formasına uyğun gözəllik sirrləri

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 1444
Paylaş:
Səs ver:
(səs: 0)
Ənlik
Üz şəklinə görə verə biləcəyimiz ilk təklif ənlik üzərinədir. Bütün üz tiplərində ənlik əvvəl almacıq sümüklərindən tətbiq olunmağa başlamalıdır. Oval üzlərdə, təbii bir görünüş əldə etmək üçün ənlik yalnız almacıq sümüklərinə çəkilməlidir. Uzun üzlərdə isə ənlik qulaqlara doğru yayılmalıdır. Kvadrat sifətlərdə ənlik gicgahlara doğru yayılmalıdır. Yumru üzlərdə isə ənlik buruna çox-çox yaxınlaşmadan yanaqlara tətbiq olunmalıdır.

Qaş
Səhv qaş şəkli üzümüzdə faciəyə səbəb olacaq qədər əhəmiyyətlidir. Kvadrat üzlərdə qaşlar gur və qalın olmalı, uzun üzlərdə isə düz olmalıdır. Yumru üzlərdə qaşlarda yüngül qövs olmalıdır.

Dodaqlar
Dodaq məhsullarının üz şəklində əhəmiyyətli olmadığını düşünə bilərsiniz ancaq çox əhəmiyyətlidir. Yumru üzlərdə cəsur və iddialı rənglər istifadə edilə bilər. Uzun üzlərdə isə təbii rənglər istifadə edilməlidir. Kvadrat sifətlərdə yumşaq rənglər seçilməlidir çünki diqqəti üzün alt qisiminə çəkər.

Vurğulayıcı
Üzünüzün müəyyən nöqtələrini ortaya çıxararaq daha gözəl bir görünüş əldə edə bilərsiniz. Ürək şəklində sifəti olanlar, ağız ətrafını vurğulamalı, yumru sifətlilər isə çənə bölgəsini önə çıxarmalıdır. Düzbucaqlı sifətlilərdə, gicgahlar və ağız ətrafı önə çıxarılmalıdır. Kvadrat sifətlilərdə isə vurğu gicgahlarda olmalıdır.

Diqqət
Üz şəklinə görə gözəllik təkliflərinin məqsədi, müəyyən bölgələrə diqqəti çəkməkdir. Makiyaj edərkən, haranı ön plana çıxarıb haranı bağlayacağınızı yaxşı bilməlisiniz. Yumru üzlü qadınlar gözlərini, doğru qaş şəkli ilə birlikdə önə çıxarmalıdır. Ürək sifətli qadınlar da gözlərini önə çıxarmalıdır. Oval ya da kvadrat üzlü qadınlar isə simmetrik xüsusiyyətləri olduğundan vurğunu mərkəzdə toplamalıdır.

Qaçınılması lazım olanlar
Bütün makiyaj təkliflərində olduğu kimi, diqqəti bəzi nöqtələrdən uzaq tutmalısınız. Uzun sifətlərdə, bucaqlı bir təsir yaratmamaq üçün ənliyi almacıq sümüyü boyunca tətbiq edin. Yumru sifətlərdə ənli qulaqlara doğru yayılmalıdır. Oval sifətlərdə isə
makiyaj balanslı olmalıdır və tək bir nöqtəyə mərkəz olmamalıdır.

İşə yarayanı tətbiq edin

Sizə yaraşan bir çox gözəllik təklifi var və makiyaj mövzusunda mükəmmələ çatmaq üçün bir az yoxlama-yanılma üsulunu tətbiq edə bilərsiniz. Bəlkə də üz şəkliniz tamamilə sizə xüsusi və bilinən üz şəkillərindən heç birinə aid deyil. Buna görə sizi xoşbəxt edən və yaraşdığını düşündüyünüz ipuclarını tətbiq edin.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1444
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Makiyaji uz qurulusuma uygun edirem.Bunlar en vacib nuanslardi
21 noyabr 2016 14:17
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
arzum-aysum
Makyaj eden zaman uz formasını nəzərə almaq lazımdır. Bu zaman Üzdə olan bezi problemləri itirmək asan olar
21 noyabr 2016 14:17
2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
vipbetul
bu cur seyler menlik deyil
21 noyabr 2016 12:25
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv