Gözəlliyiniz üçün ilk şərt TƏMİZLİK olmalıdır....

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 156
Səs ver:
(səs: 0)

Gündəlik həyatda, həyatın axışı içində təmizlik bütün qaydaların başında gəlir. İbtidai məktəbə başladığınız ilk günü xatırlayın; müəlliminiz məktəb qaydalarını izah etməyə başladığında ilk olaraq, təmizlikdən danışmayıbmı? :supur: Təmiz olacaqsınız, sinifimizi təmiz tutacaqsınız, məktəbimizi təmiz tutacaqsınız vs.


Gözəlliyiniz üçün ilk şərt TƏMİZLİK olmalıdır....


Gözəllik içində ilk qayda TƏMİZ OLMAQ. Ən idealı da hər gün mütləq duş qəbul etməlisiniz.. Xüsusilə səhər alınan ilıq bir duş özünüzü gün boyu yaxşı hiss etmənizi təmin edəcək. Ayrıca gözəllik mütəxəssisləri ən çox 10 gündə bir kisə etmə vərdişi əldə etdiyimizdə bədənimizdə meydana gələcək müsbət dəyişməyə heyran qalacağımızı da söyləyirlər. Ağılınızda olsun.

Bir neçə gündə bir, duş əsnasında bir topuq daşıyla dabanlarınızı  təmizləyin. Beləcə çox sevimli çəhrayı və təmiz dabanlara sahib olacaqsınız.

Dişlərinizi mütləq hər gün ən az iki dəfə fırçalayın. Diş ipi istifadə etməni də vərdiş halına gətirin. Beləcə gülümsədiyinizdə əlinizlə ağızınızı bağlamaq məcburiyyətində qalmayacaqsınız. Bu həm gözəlliyiniz həm də sağlamlığınız üçün çox əhəmiyyətli.

Təmizlik üçün mütləq əllərinizə və ayaqlarınıza lazım olan diqqəti göstərməlisiniz. Hər evə dönüşü əllərinizi nizamlı olaraq yumağı vərdiş halına gətirdiyinizi bilirəm. Bu çox doğru bir davranış formasıdır. Ancaq əllərin ya da ayaqların təmizliyi yalnız onları yumaqla bitmir çox təəssüf ki. Müəyyən  aylarda manikür və pedikür də etdirməlisiniz. Dırnaqlarınızın arasına sıxışıb qalmış mikroblardan, köhnəlmiş əl və ayaq dərilərindən ancaq bu yolla xilas ola bilərsiniz.

Manikür və pedikürün təmin etdiyi rahatlamağı hiss etdiyinizdə bir daha imtina edə bilməyəcəksiniz, bundan əminim.

Problemli bir dəri quruluşuna sahibsinizsə, dərinizi əlavə ektsra təmiz tutmanız lazımdır. Sızanaq , qara nöqtə və ləkələrin meydana gəlməsini ancaq yaxşı bir təmizliklə maneə törədə bilərsiniz.

Xanımların gözəllik üçün edə bilməyəcəyi heç bir şey yoxdur… Unutmayın gözəlliyin ilk qaydası da TƏMİZLİKdir.

 

Tərcümə etdi və hazırladı: PURE LOVE

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri