Gözəl olmaq hərkəsin arzusudu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 924
Səs ver:
(səs: 0)
Xanımlar, adətən, internet saytları və ya jurnallardan makiyaj tərzi seçir və israrla onun edilməsini istəyirlər, lakin hər makiyaj sizə yaraşacaq deyə bir şey yoxdur. Hər kəsin özünəməxsus cizgiləri var, məhz buna görə də burada professional vizajistin məsləhətləri çox vacibdir.

Dodaq boyasına gəldikdə çalışın dayanıqlı boya seçin və hər ehtimala özünüzlə götürməyi unutmayın. Dayanıqlı dodaq boyası dodaqları çox qurudur, ona görə toydan sonra qidalandırıcı krem çəkməyi unutmayın.

Uzun üzlər incə olduğundan bu cür üzə genişlik verəcək saç kəsimi etmək lazımdır. Dalğa, ya qıvrımlar üzə bir az genişlik verir. Çox uzun və çox qısa kəsimlərdən uzaq durun. Bu cür saçlar uzun üzləri daha da uzun edir.

Yuvarlaq üzünüz varsa, onu uzun və incə göstərmək daha düzgündür. Bu nəticəni əldə etmək üçün saçınız çənənizi keçəcək şəkildə uzun olmalıdır. Kəsimi yumşaq qatlar və sivri uclarla formaya salın. Kəskin kəsimlərdən uzaq durun. Dalğalı qısa saçlar yuvarlaq üz xanımlara məsləhət deyil.

Kənarlı çıxıntılı üzlər. Bu cür üzünüz varsa, demək, güclü və detallı bir çənə xəttiniz var. Uzun və düz saç stilləri bu kəskin özəllikləri yumşaldır. Kəsiminizi dalğalı, ya da dağınıq uclarla gözəlləşdirin. Qısa və sivri uclu kəsimlər də tətbiq edə bilərsiz. Yalnızca tellərinizin onu daha yumşaq göstərməsi üçün çənə cizginizə doğru bucaqlı olduğundan əmin olun.

Oval üzlər. Bu cür üzlərə demək olar ki, hər saç stili yaxşı gedir. Əgər gözləriniz çox gözəldirsə, küt və yana yatıq olan saç kəsimlərini edin. Dalğalı, ya qalın saçlarda küt kəsimlər etməyin.

Əllərinizi həmişə isti su ilə yumağa çalışın, ev işlərini rezin əlcəklə görün. Mütləq yağlı, tərkibində qliserin olan kremlərdən istifadə edin. Yatmamışdan əvvəl əllərinizi kremləyin, çünki gecə hüceyrələr daha tez bərpa olunur. Daha sonra tərkibi kremli maye sabunlardan istifadə edin. Kremlərdən başqa, əllər üçün vanna və yağlardan ibarət maskalar əllərin dərisinə çox gözəl təsir edir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri