Kiprik uzatmağın yolları

Müəllif: adsiz-a
Şərhlər: 7
Baxılıb: 10 336
Səs ver:
(səs: 1)
Kirpikləri uzatmaq üçün onların qayğısına qalın
Hint yağı və şirin badam yağı qaş və kirpiklər üçün zərərsiz mükəmməl nəmləndirici ola bilər. Təkcə nəmləndirməklə qalmaz, eyni zaman onları qidalandırar. Qulaq çöpləri ilə yağı kirpiklərinizə və qaşlarınıza çəkə bilərsiniz. Bu üsul kirpikləri qidalandırdığı üçün, uzanmalarına səbəb olacaqdır.

Kirpiyin tökülməsinin qarşısını yağlarla alın
Kirpiyin tökülməsinin qarşısını almaq üçün evdə müəyyən üsulları yoxlaya bilərsiniz. 10 qram badam yağı, 5 qram lanolin və 5 qram vazelini qarışdıraraq əridin. Kiçik şüşə bankaya tökün və hər gün davamlı olaraq kirpiklərinizə çəkin. Sonra çobanyastığı çayına pambığı batırıb, kirpiklərinizdə saxlayın.

Kakao yağı ilə kirpikləriniz uzansın

1stəkan suyu qaynadıb, 1çay qaşığı ilə Hint yağı və 15 qram kakao yağı əlavə edib qarışdırın. Qabı isti su ilə dolu bir başqa qabın içinə qoyub, krem formasında olana kimi isidin. Qarışığı soyudub, 15 gün ərzində yatmadan əvvəl kirpiklərinizə çəkin. Gözlərinizə düşməməsinə diqqət edin. Qarışığı kirpiyin kökündən ucuna doğru sürtün.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 10 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri