Qışda gözəlliyinizi qorumaq üçün tövsiyələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 606
Səs ver:
(səs: 0)
1. Dəriyə qulluq. Havanın temperaturunun kəskin düşməsi, isti otaqdan şaxtalı havaya çıxmaq, sonra yenidən isti ofisdə oturmaq əllərin və üzün dərisinə mənfi təsir edir. Evdən çıxmağa yarım saat qalmış dərinizə uyğun gələn yağlı krem çəkin. Gün ərzində yarım litr maye qəbul edin. Bu sizin dərinizi qurumaqdan qoruyacaq.

2. Saçlara qulluq. Qışda saçları hər gün yumaq məsləhət deyil. Bunu 1-gündən 1, bəlkə də bir az gec edə bilərsiniz. Saçlarınızı yuyarkən nəmləndirici balzamlardan istifadə etməyi unutmayın. Çünki şaxta və güclü külək saçları qurudur, hətta papaq qoymaq da onları sağlam saxlaya bilmir. Həftədə bir dəfə saçlarınıza qidalandırıcı maska çəkin.

3. Dodaqlara qulluq. Soyuqda dodaqlar çatlamasının və qurumasının qarşısını almaq üçün gigyenik pomadalardan istifadə edin. Onları gün ərzində tez-tez dodaqlarınıza çəkin. Əgər dekorativ pomada istifadə etməyə adət etmisinizsə, onda nəmləndirici və vitamin tərkibli pomadalardan istifadə edin.

4. Əvvəlcədən buruna çəkilmiş uşaq kremi də burunun qızarmasının qarşısını yaxşı alır. Əgər bunlar kömək etməsə, həkimə müraciət edin. Ola bilər ki, sizə damarların genişləndirilməsi üçün vitaminlər vacib olsun.

5. Dekorativ kosmetika. Yay və payızdan fəqrli olaraq, qışda daha parlaq tonal kremlərə və kirşanlara üstünlük verin. İstifadə etdiyiniz tuş suyadavamlı olmalıdır. Əks halda göz yaşları olduqda yayıla bilər. Ənlik seçərsən, zərif çəhrayı və şəftəli çiçəyi rənglərə üstünlük verin.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri