Gözəl dəri üçün bu vərdişləri tərgidin

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2 839
Səs ver:
(səs: 0)
Böyüdən güzgülərə baxmaq
Böyüdən aynalarda dərinizi lap dərinliyinə kimi görə bilir və dəriyə lazımsız müdaxilələr etməyə başlayırsınız. Bu cür pis vərdişlər zamanla vəsvəsə halını alır. Sonra da qurcalamalar nəticəsində ortaya çıxan dəri yaralarını müalicə etdirməli olursunuz.

Çox pilinq etmək
Çox pilinq etmək həqiqətən də yanlışdır. Qıcıqlanma və piqmentləşməyə meylli insanlarda piqmentləşmə prosesinin sürətini artırır. Dəridə ikinci dərəcəli bakterial infeksiyaya və uçuq təkrarlanmasına səbəb olur. Pilinq mütəxəssis tərəfindən edilməlidir. Əgər evdə pilinq edirsinizsə, dəridə sızanaq, ya açıq yara olan yerə etməyin. Diqqət etməsəniz, sızanaqlara mikrob hopa və arta bilər. Bir digər vacib amil də göz və dodaq bölgəsinə qətiyyən pilinq edilməməlidir. Çox pilinq etmək dərini tənbəlləşdirir və problemləri çoxalır. Buna görə pilinq tətbiqi həftədə ən az iki dəfə edilməlidir. Bundan başqa quru dəriniz varsa, daha həssas yanaşın, hər dəfə pilinq sonrası nəmləndirici vurun.

Əlləri üzə vurmaq
Əllər ətrafla çox sıx təmasda olan orqanlarımızdır. Buna görə allergik və irritasiya yaradan maddələrin üzə daşınmasını təmin edib üzdə ekzemanın formalaşmasına səbəb olur. Bundan başqa üz dərisində infeksiyaya səbəb olur.

Dəri tipinə uyğun olmayan tonik istifadə etmək
Toniklər dəri təmizliyində istifadə edilən özəl lasyonlardır. Tərkibində təmizləyici və rahatladıcı özəlliklər daşıyan maddələr olur. Bundan başqa antiseptik özəlliyi də var. Toniklər gün boyu kirlənən, yağlanan dərini təmizləmək, arındırmaq və canlandırmaq üçün istifadə edilir. Eyni zamanda dəridəki məsamələri sıxlaşdırır, ölü hüceyrələrdən qurtulmağı və dərini sıxlaşdırmağı təmin edir. Olduqca müxtəlif növləri olan toniklərin həm kişilər, həm də qadınların dəri baxımında istifadə etməsi gərəklidir. Toniklər əsasən iki yerə ayrılır. Spirtli və spirtsiz. Hansı növ tonik istifadə edəcəyinizə dəri tipinə uyğun qərar verin. Quru dərilərdə məsamələr qapalı və yağ ifrazı az olur. Yağlı dərilərdə isə bunun tam əksi müşahidə olunur. Buna görə spirtli toniklər yağlı dəri üçün istifadə edilə bilər. Yağlı dərilərdə sızanaq problemi daha çoxdur və gel formada bir təmizləyici istifadə edildikdən sonra toniklənməlidir. Qarışıq tiplərdə isə burun ətrafı və alın bölgəsi yağlı olur. Yanaq bölgələri isə yağlı deyil. Buna görə yanaq üçün spirt tərkibi az olan tonik istifadə edilməlidir.


Sızanaq sıxmaq

Unutmayın, sıxılan sızanaq və qara nöqtələr pis görünüş və qalıcı ləkələrə səbəb olur. Buna görə sızanaq və qara nöqtələrin sıxılması son dərəcə zərərli və uzaq durulması vacib olan bir vərdişdir. Bunun yerinə başqa üsullara yönəlməlisiniz. Özəlliklə evdə hazırlayıb tətbiq edə biləcəyiniz maskalar daha faydalı sayılır.

Sabunla üzü yumaq
Üzü sabunla yumaq sabunun tərkibinə görə zərərli ola bilər. Məsələn, nəmləndirici tərkibi olmayan, PH dəyəri dəriyə uyğun olmayan yüksək miqdarda esans və kimyəvi maddə tərkibli olan sabunla müntəzəm olaraq üzünüzü yuyursunuzsa, dərinizə çox ziyan etmiş olursunuz. Dəriniz quruya və qırışlar arta bilər. Özəlliklə qoxulu sabunlar həssas dərilərdə qızartı və allergik reaksiyalara səbəb olur. Üzünüzü yuyarkən istifadə etdiyiniz sabunun PH dəyərinin 5.0-5.6 arasında olmasına, qoxusuz və nəmləndirici tərkibli olmasına diqqət edin. Əgər üzünüzü yuduqdan sonra dəriniz çox quruyur, yağlanır, qıcıqlanırsa, sabun yerinə dəri tipinizə uyğun bir üz təmizləyici tonik istifadə edə bilərsiniz.

Allergik maddə tərkibli məhsullar istifadə etmək
Özünüzə ən uyğun olan kosmetik vasitəni təyin edənə kimi çox sayda məhsul dəyişdirə bilərsiniz. Allergiyası olan insanlarda allergik maddə tərkibli kosmetik vasitə istifadə zamanla ekzemaya səbəb olur.

Stresslə bağlı dırnaq yemək
Stresslə bağlı olaraq xəstələrin çox dırnaq yemək, saç dartmaq, sızanaq sıxmaq, çox əl yumaq kimi vərdişlərdən şikayətlənir. Stress, sıxıntı, həyəcan anında, ya da bekar vaxtlarda bu cür fəaliyyətlər ortaya çıxır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri