Evdə sabununuzu hazırlayın

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 3 154
Səs ver:
(səs: 0)
Xoş qoxu verən rəngarəng sabunları evdə dekorasiya kimi saxlaya, hədiyyə verə, hətta istifadə edə bilərsiniz.

Lazım olan vasitələr: sabun, sabun boyası, sabun mayesi, silikon şəkilli qablar

Hazırlanma qaydası:
Əvvəlcə sabunun özünü bıçaqla uzununa doğrayın.
Sonra daha asan əriməsi üçün üfüqi istiqamətdə də doğrayın.
Doğradığınız sabunları əritmək üçün uyğun bir qab tapın.
Sabun parçalarını kiçik bir su qızdırıcısının üzərində də əridə bilərsiniz
Əriməyə başlayanda qaşıqla dayanmadan qarışdırın.
Davamlı qarışdırmanız ərimə müddətində sabunların üzərinin qatılaşmasına maneə törədəcək.
Əriyən sabuna toz və ya maye halda satılan sabun boyası əlavə edin.
İstədiyiniz rəng alınana qədər boyanın miqdarını artıra bilərsiniz.
İstədiyiniz rəngə çatmasını təmin etmək üçün qarışdırmağa başlayın.
Sabun boyası qatılan ərimiş sabunu buxarın üzərindən götürməyin. Çünki silikon qablara qoyulana qədər sabun qatılaşmamalıdır.
İstədiyiniz rəng alındıqdan sonra sabun mayesi əlavə edib fərqli qoxular əldə edə bilərsiniz.
Müxtəlif fiqurları olan silikon qablara hazırladığınız qarışımı tökməyə başlayın.
Sabun tökülərkən ətrafa yayılmamasına diqqət edin.
Bu əməliyyatı bitirdikdən sonra silikon qabları donmağa qoyun.
Dondurma əməliyyatı qabın böyüklüyünə görə dəyişə bilər, ən az 7, ən çox 15 dəqiqəyə donma prosesi sona çatır.
Donduqdan sonra silikon qablardakı sabunları tək-tək çıxarın.
Sonra isə bu rəngli və qoxulu sabunları kiçik kisəciklərin içinə yerləşdirin.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri