Üzünüzə Hollivud parlaqlığı verin

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 380
Səs ver:
(səs: 0)
“Shining peel” son vaxtların ən çox müraciət edilən kosmetik prosedurlarından biridir. Ona “Hollivud parlaqlığı” da deyilir. Bu da əbəs deyil. Çünki “Shining peel” proseduru cildi yeniləyir, qırışları açır, məsamələri yığır. Bu yeni lazer proseduru haqda “Sevilla” gözəllik və estetik mərkəzinin kosmetoloqu Xariqə Quliyevanın fikirlərini təqdim edirik.

Kosmetoloqun sözlərinə görə, “Shining peel” gözlə görüləcək dərəcədə qırışları açır və məsamələri yığır. Bununla yanaşı, dəri tonlaşır, rəngi açılır: “Xanımların lazer prosedurundan əvvəl verdikləri ilk sual bu olur ki, ağrılırdır, yoxsa yox? Bu prosedur haqqında tam güvənərək ağrısızdır demək olar. Anesteziya tələb olunmur. “Shining peel” proseduru kollagen elastin sintezini stimulyasiya edir. Prosedur epidermal qat zədələnmədən həyata keçirilir. Dermal qat minimal formada qurudulur. Prosedurdan sonra dəridə yeni hüceyrələr əmələ gəlir. Bu prosedura hər kəs ilin hər fəslində müraciət edə bilər”.

Prosedur zamanı lazerin verdiyi istiliyin təsiri nəticəsində kollagen elastin sintezi aktivləşir. Dərinin üst qatı az şəkildə kalqulyasiya olunur. 4 gündən sonra prosedurun nəticəsi özünü göstərir: “Prosedurdan sonra evdə 3-4 gün qulluq tələb olunur. Bu da mütləq şəkildə lazımdır. Mən həmişə qeyd etmişəm ki, lazer proseduru önəmlidir, lakin prosedurdan sonra evdəki qulluq daha önəmlidir”.

Prosedurun əks göstərişlər
Aşağıdakı problemləri olan insanlara tətbiq oluna bilməz:
- Şəkərli diabet xəstələri
- Kimyaterapiya kursu keçən insanlar
- Allergiya reaksiyası olanlar
- Prosedurdan əvvəl antibiotik qəbul edənlər
- Fotohəssaslığı (lazer şüalarına həssas) olan insanlar
- Psixoloji problemləri olanlar
- Xərçəng və digər ağır xəstəlikləri olanlar

Plazmaterapiya - PRP

Plazmaterapiya (PRP) trombositlə zəngin olan plazma deməkdir. PRP-ni ilk dəfə 15 il əvvəl stomatoloqlar implant zamanı istifadə ediblər: “PRP tibbi prosedurdur. Ancaq tibb işçiləri bu proseduru həyata keçirə bilər. Proseduru etmək üçün damardan 8-20 ml-ə qədər qan alınır və sentrafuqada təmizlənir. Sonra trombositlə zəngin olan plazma şprislərə yığılır və xırda dozada dərinin dermal qatına yeridilir. Ağrısız prosedurdur”.

Hansı hallarda istifadə olunur?
- Ləkələr
- Saç tökülməsi
- Göz altı tündlüklər
- Akne izlərində

Cild və hüceyrə yenilənməsində bu prosedur aktiv şəkildə tətbiq olunur. Lazer “Shining peel” proseduru ilə bərabər şəkildə aparılarsa, dərinin vaxtından əvvəl sağalmasına və yaxşı nəticə almasına gətirib çıxarır: “Bu prosedurlar ikisi bir yerdə daha effektiv olur. Ağrısız və izsizdir. Hər iki prosedurdan sonra insan gündəlik həyatına qayıda bilər. PRP qan dövranını yaxşılaşdırır, melanini normaya salır, dərinin rəngini açır, stimulyasiyanı yaxşılaşdırır”.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri