Dərinizi düşündüyünüz qədər dodaqlarınızı da düşünməli və baxımını təmin etməlisiniz.Yoxsa dodaq kənarında və dodaq üstündə olan qırışlar, quruluq və çatlaqlar üzündən, üzünüzün bütün mənası itə bilər.
Dodaq maskası üçün: -1 yumurta sarısı -5 qr manna yarması Yumurta sarısını bir kasaya qoyun və manna yarması ilə qarışdıraraq məcun halına gətirin.Qarışığı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün.10 dəq sonra suyla durulayaraq çıxarın. Bu maska dodaqlarınızdakı ölü dərini çıxaracaq, quruluğu alacaq, qırışları yox edəcək, yumşaq və hamar olmasını təmin edəcək.
Möcüzə dodaqlar üçün maska: -1/2 xiyar -1 yemək qaşığı bal -1 yemək qaşığı qatıq
xiyarı yuyun və qabığını soyun. Blendra qoyaraq suyunu çıxarın. Bal və qatığı əlavə edərək yaxşıca qarışdırın. Əldə etdiyiniz maskanı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün.15 dəq sonra yuyub çıxarın.Bu maska dodaqlarınızı nəmləndirəcək, hamar və sağlam olmasını təmin edəcək.
* * * -1 ədəd pomidor -1 yemək qaşığı bal -1 yemək qaşığı qatıq Pomidoru blendra qoyaraq suyunu çıxarın. Üzərinə bal və qatığı əlavə edərək qarışdırın. Əldə etdiyiniz maskanı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün. 15 dəq sonra durulayaraq çıxarın.Bu maska dodaqları nəmləndirib,quruluğu alıb qırışları yox edər,dodaqların elastikliyini,yumşaq və hamar olmasını təmin edər.