Donuq dodaq boyasının gözəlliyi ondan ibarətdir ki, o üzün təravətini qeyd edir və gözləri vurğulayır.
Donuq dodaq boyası kontur qələmi ilə edə biləcəyiniz düzəlişləri tələb edir, bunsuz mümükün deyil.Sədəfli dodaq boyaları dodaqlara ifadəlilik və vizual həcm verir, ancaq belə dodaq boyası 30 yaşına qədər olan xanımlara yaraşır. Atlas dodaq boyasına gəldikdə isə, o çox pardaq və dolğundur, ancaq bununla yanaşı yüngül nəm parıltı verir. Dodaqlar təbii görsənir. Belə dodaq boyası hər yaşda olan xanımlara yaraşır, ancaq tez silinir və iz qoyur. Dodaq boyasının istifadəsi: Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin. Dodağınızın hər tərəfini qələmlə doldurun. Pomadanı fırçayla dodağınıza çəkin. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin.
Həddindən artıq ağ və solğun dərilər üçün Əgər solğun və mat dəriniz varsa cəlbedici bənövşəyi ya da ki, alovlu qırmızı dodaq boyalarına üstünlük verməlisiniz. Mat ağ və solğun rənglərə parlaq makiyaj çalarları daha uyğundur. Parlaq qırmızı ya da ki, çəhrayı dodaq boyası dərinizə dramatik görüntü bəxş edəcək. Alovlu dodaqlara sahib olmaq istəsəniz klassik qırmızıdan imtina etməməlisiniz.
Orta rəngli və buğdayı çalarlı dərilər üçün Orta rəngli dəri çalarları üçün bir az daha tünd makiyaj etmək lazımdır ki, daha təbii görüntü əldə edə biləsiniz. Amma daha canlı bir makiyaj etmək niyyətindəsinizsə 2016-nın yaz makiyaj trendlərini araşdırmanız lazımdır. Əsasən L’Oreal Paris-in çəhrayı çalarından istifadə etməklə təbii və cəlbedici görüntü əldə edəcəksiniz.
Tünd və əsmər dərilər üçün Belə dəri rənginə sahib olanlar, əsasən, çiyələk rəngli dodaq boyalarına üstünlük verməlidirlər. Əsmərlər üçün pastel çalarlarında 2016 trendi olan dodaq boyaları daha uyğundur. Tünd dərili xanımlar isə Clinique-nin uzun müddət dayanıqlı yumşaq mat çalarında olan dodaq boyalarını istifadə edə bilərlər. Daha cəlbedici görüntüyə sahib olacaqsınız.
Dodaq boyasinin rəngi zövqünüzə, geyiminizin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqlarınızın formasını da nəzərə almalısınız.