Qocalmaq istəmirsinizsə, isti vanna qəbul edin!

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 3 764
Səs ver:
(səs: 1)
İngiltərə alimləri araşdırmalar zamanı aşkar ediblər ki, sadə gigiyenik prosedur olan isti vannalar qocalma proseslərini ləngidir.
MedikForum xəbər verir ki, isti vanna qəbulu zamanı stress hormonu kortizolun səviyyəsi aşağı düşür və bu da qocalma proseslərini ləngidir.
Kortizol qocalma prosesində əsas rollardan birini oynayır. Kortizolun yüksəlməsi zamanı ürək-damar sistemini və ağciyərin fəaliyyəti artır, onlar daha gərgin rejimdə işləməyə başlayır, immun, həzm və reproduktiv sistemlərinin fəaliyyəti isə əksinə zəifləyir.
Xroniki stress zamanı kortizolun səviyyəsi qanda daim yüksək olur ki, bu da sadaladığımız orqan və sistemlərinin qocalmasına səbəb olur.
Həmçinin kortizolun yüksək səviyyədə olması əzələ və sümük toxumasının qocalmasına, qan təzyiqinin və qanda şəkərin qalxmasına səbəb olur.
İsti vannalar kortizolun və qanda şəkərin səviyyəsini aşağı salır. Lakin nəzərə almaq lazımdır ki, isti vannalar bəzi xəstəliklər zamanı (sistit, sidik-cinsiyyət sistemi xəstəlikləri, babasil, bəzi dəri xəstəlikləri və s.) ziyanlıdır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri