Makiyaj təmizləməyə təmbəllik edirsiz?)))

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 015
Səs ver:
(səs: 0)


Əvvəlcə, başlayaq, normal dəridən: Makiyajı sabunla təmizlək olar. Sabunla üzü yuduqda dərinizin təbii örtüyü bir neçə saatlığa pozulur, amma normal dəri üçün bu, təhlükəli deyil...

Yağlı dəri üçün məsləhət görülən budur ki, köpüklənən vasitələrdən istifadə edəsiniz: gel, krem, losyon... Bu növ dərini təmizləyərkən sindetdən - sintetik sabundan istifadə etmək də düzgün sayılır.

Quru dəri üçün təmizləyici süddən (moloçko) düzgün qiymətləndirilir. Bu vasitə dərini qıcıqlandırmır, həm də tərkibinə xüsusi yağlar daxildir. Kalendula, avokado, lanolin bitkilərindən hazırlanmış yağlar dərinizin qurumasının qarşısını alacaq.
Həddindən artıq quru və qabıq verən dərilər üçün xüsusi plastik və şüşə qablarda satılan təmizləyici yağlardan istifadə etmək olar.

Gözdəki makiyajı təmizləmək üçün yumşaq, ətirsiz vasitələr məsləhət görülür. Tərkibində zülal olan vasitələr daha yaxşı nəticə verər - kirpikləriniz möhkəmlənəcək

Suyadavamlı kosmetikanı təmizləmək üçün gel şəklində olan xüsusi vasitələr var, əvvəlcə pambıq tamponu su ilə isladıb, daha sonra üstünə gel vururuq. Bu növ kosmetika üçün eyni markalı təmizləyici gel almaq məsləhət görülür.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri