Sizanaqlar ucun evdə hazirlanan maskalar.

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 81 834
Səs ver:
(səs: 15)


Yetkinlik dövründə ortaya çıxan sızanaq problemi bəzən gəncləri psixoloji problemlərə qədər apara bilər. Çoxu yetkinlik sızanaqları zamanla özbaşına keçsə də bəzi sızanaqlar isə çox təəssüf ki dəridə ziyan meydana gətirərək qalıcı bir dəri problemi təşkil edə bilir.

 

Gənc qız və kişilərin ortaq dəri problemlərindən olan sızanaqlara həll təklifləri ilə qarşınızdayıq. Evdə praktik vəsaitlər ilə asanlıqla hazırlayacağınız sızanaq maskası tərifləri ilə dəri akneleri və sızanaqlara döyüş aça bilərsiniz.Sızanaqlar üçün evdə hazırlaya biləcəyiniz üz maskalarının, elmi araşdırmalar nəticəsində sübut edilmiş faydaları yoxdur ancaq ümumiyyətlə bu maskaları istifadə edənlər sızanaq meydana gəlməsinin azaldığını və cildlərinin daha yumşaq olduğunu paylaşmaqdadır. Sızanaq üçün evdə edilən maskalar arasında ən məşhur olanı isə bal, hindqozu və darçın istifadə edilən üz maskasıdir. Bu tip təbii maskalar həm cibinizi həm də ağır kimyəvilər ehtiva edən kosmetik məhsullardan dərinizi qorumağa köməkçi olar.

 Bal Maskası

Bu maska üçün ehtiyac duyacağınız vəsaitlər: 1 şirin cay bal (orqanik olsa daha yaxşı), 1 cay qaşığı hindqozu, 1 cay qaşığı darçın.

Bal, darçın və hindqozunu şokolad rəngli bir məcun konsistensiyasına gələnə qədər qarışdırın. Qarışığın ətrafa damlamasını maneə törətmək üçün çiyinlərinizə böyük bir dəsmal ata bilərsiniz. Daha sonra hazırladığınız qarışığı üzünüzün hər bölgəsinə bərabər miqdarda cəkin. Maskanın təsirini göstərməsi üçün 30 dəqiqə üzünüzdə qalması lazımdır. Bu müddət keçdikdən sonra ilıq suyla maskanı üzünüzdən çıxarın. Uzünüzü quruladıqdan sonra dərinizin quru olduğunu hiss etsəniz nəmləndirici istifadə edə bilərsiniz. Bu maskanı təsirlərinə diqqət yetirərək həftədə 2 dəfə istifadə edə bilərsiniz.

Diqqət: Hindqozu və darçın bəzi dərilərdə allergik reaksiyaya səbəb ola bilər. Maskanı üzünüzə cəkdiyinizdə qaşıntı və narahatlıq hiss etsəniz dərhal ilıq suyla yuyun. Uzünüzə sürmədən əvvəl dərinizdə allergiyaya səbəb olub olmadığını öyrənmək içinsə bütün vəsaitləri qarışdırdıqdan sonra əlinizin üst qisiminə bir miqdar sürüb 10-15 dəqiqə gözləyə bilərsiniz. Əgər sızanaq üçün həkiminizin təklif etdiyi bir məlhəm istifadə edirsinizsə hər hansı bir təbii üz maskası istifadə etməyə başlamadan əvvəl həkiminizə məsləhətləşməlisiniz.

Tərcumə etdi və hazirladi: PURE LOVE

(səs: 15)
Şərhlər: 1
Baxılıb: 81 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri