Kölgələr səni narahat edir? Həlli var!

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2618
Paylaş:
Səs ver:
(səs: 1)
100 kişidən ən azı 22-si qadında ilk növbədə gözlərə fikir verir. Nahaq yerə deməyiblər ki, gözlər qəlbin aynasıdır. Heç kim gözəl qəlbinin qara çərçivədə görünməsinə razı olmaz. Dəriyə düzgün qulluq etməmək, yuxusuzluq və sair kimi problemlər göz ətrafında kölgələrin yaranmasına gətirib çıxarır.
Gözün ətrafında olan dəri çox incə və həssas olduğu üçün xüsusi qayğı tələb edir. Sözügedən kölgələrlə mübarizəyə başlamazdan öncə, ilk növbədə onun yaranma səbəbini araşdıraq. Bu səbəblər isə aşağıdakılardır:
• Daxili xəstəliklər
• Zərif dəri
• Havada və qidada olan allergik təsirlər
• Dərinin quruması
• Yuxusuzluq
• Günəş təsiri
• Kompyuter arxasında çox oturma
• Siqaret və alkoqol (alkoqol qan dövranına təsir edir, nikotin isə damarları daraldır )
Göz altındakı kölgələrə bəzən əsəb sistemindəki gərginliyin də təsiri olur. Qışda göz ərtafındakı dəri mavi çalar ala bilər. Bəs buna səbəb nədir?
Bu suala cavab axtaranlara məsləhətimiz çox sadədir. Soyuğun təsirindən göz altındakı yağ öz təsirini itirməyə başlayır, nəticə isə artıq aydındır. Çarəsi varmı? - sualı da yəqin çoxlarını düşündürüb. Sadəcə gecə yatmamışdan 30 dəq. əvvəl həmin hissələrə nəmləndirici krem çəkin. Amma kremdən çox istifadə göz ətrafında şişlərin yaranmasına səbəb ola bilər. Odur ki, kremi də miqdarında istifadə edin.
Bəhs olunan problemi aradan qaldırmaq üçün daha bir neçə məsləhətə əməl olunması tövsiyə olunur. İlk növbədə qida rasionunda duzun və yağın normasına fikir vermək, yuxusuzluğu aradan qaldırmaq, açıq havada olmaq, dəriyə uyğun və keyfiyyətli kosmetik vasitələrdən istifadə etmək lazımdır. Gecə yatmamışdan öncə makiyajı silmək də yadda çıxmamalıdır.
Nigar Səlimova

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2618
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv