Sızanaqlara son.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 10 434
Səs ver:
(səs: 2)

 
Mütəxəssislər hamar və ləkəsiz dəri üçün ovuc dolu pul xərclənən dövrlərin geridə qaldığını, təbiətdən gələn möcüzəvi bitki və meyvə tərkibləri ilə qüsursuz bir dəriyə sahib olmanızın mümkün olduğunu ifadə edir. Antioksidan xüsusiyyətilə bilinən heyvanın nüvələri dəri üçün son dərəcə faydalıdır.
Mütəxəssislərə görə sağlam bir dəri üçün balanslı qidalanmaq, stresdən uzaq durmaq və təbii dəri baxım məhsullarını istifadə etmək lazımdır.
Heyva tumu (dənəsi) kremi:
Yarım kilo heyva nüvəsini 1 stəkan suda yüngül qaynadıb bağlı bir şüşəyə qoyun və 5 gün gözlədin. Şkafa qoymayın. 5 günün sonunda qarışığın suyunu süzün və gecələri üzünüzə sürtüb quruyana qədər gözləyin. Quruduqdan sonra yumayın və üzərinə bitki yağını və ya nəmləndirici kremi barmaqlarınızla masaj edərək sürtün.
Heyva nüvəsi kremi qırışıqlara da xeyirlidir. Dəridəki çuxurlar üçün möhkəmləndirmə (sıxlaşdırma) kremləri istifadə edilə bilər. Bitki yağı və heyva dənəsi kremini qarışdıraraq üzünüzə tətbiq edin. Diqqət etməniz lazım olan bir nöqtə günəşə çıxmayın, çünki üzünüz həssaslaşacaq. 
Heyva nüvəsi ilə qüsursuz bir dəri üçün 7-8 ədəd heyva nüvəsini çıxarıb 1/2 çay stəkanı ilıq suda, ağzı açıq şəkildə 1 gün gözlədin. Jöle halına gəldikdə üz, boyun bölgəsinə sürtün və 20 dəqiqə dərinizdə gözlədin. Dərinizdəki ləkələrin yox olduğunu və dərinizin möhkəmləşdiyini görəcəksiniz.
Ayrıca əgər həssas bir dəriyə sahibsinizsə də bu maskanı istifadə edə bilərsiniz.
Nə qədər ki, gəncsiniz, gözəlliyinizi qoruyun.

 

 

 

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 10 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri