Baximli qadinlarin praktik sirrləri

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 027
Səs ver:
(səs: 1)

 

Saçlarınızı duzənləyin

Əliniz üçün istifadə etdiyiniz, nəmləndiricilərdən bir az saçınıza sürsəniz uçuşan və elektiriklenen saçlarınızı yatırmış olarsınız. Nəmləndiricini duş əsnasında sürsəniz saçlarınızı quruladıqdan sonra daha parlaq və canlı olduğunu görərsiniz.

Saçlarınızın asan yağlanılmasına icazə verməyin

Şampunlama əsnasında əgər saçınzı darayacaqsınızsa çox sərt şəkildə daramaq yerinə yüngülcə darayın. Ayrıca istifadə etdiyiniz kremi saçınızın ortasından başlayaraq uclarına doğru cəkin.

Saçlarınızın daha həcmli olması üçün pudra istifadə edin

Cansız saçlarınızı canlandırmağı və daha həcmli görünməsini istəyirsinizsə körpə pudrası istifadə edin. İstifadə etdiyiniz bu pudra saçınızdakı çox yağı götürəcək və saç tellərinizi daha qalın göstərəcək.

Əgər saçınızın bozlaşdığını görsəniz istifadə etdiyiniz pudranın bir azını yuyun. Çünki çox istifadə etdiyinizdə saçınıza zərər verə bilər.

Saçlarınızı qurutmadan əvvəl

Saçlarınızın dalğalarının qalıcı olmasını istəyirsinizsə qurutma maşınıyla qurutmadan əvvəl bir müddət öz-özünə qurumasını gözləyin.

Körpəlik saçlarınıza həll tapın

Alınınızın üstündə olan tük kimi kiçik körpə saçlarınız üçün çox asan bir təklifimiz var. Diş fırçanızı isladın və öndəki o kiçik saçları arxaya doğru darayın. Daha sonrada yerində qalmaları üçün şəkilləndirici istifadə edərək qurudun.

Səhər etdiyiniz saç modelinizi qoruyun

Səhər evdən çıxarkən etdiyiniz saç modelini günün irəliləyən saatlarında da istifadə etmək istəyirsinizsə kiçik tokalarla saçınıza dəstək edə bilərsiniz.

Kəpək probleminə son

Şampunlama əsnasında saçınıza masaj etdikdən sonra nəmli bir dəsmal ilə qurulayın və

darayaraq kəpəkləri atın. Ayrıca duş əsnasında şampununuza alma suyu əlavə edə bilərsiniz. Lakin bu qarışığı tətbiq etdikdən sonra saçınızı qurutmayıb özbaşına qurumasını gözləyin. Artıq səhər qalxdığınız zaman saçınıza şəkil verə bilərsiniz.

Saçlarınızı asan şəkilləndirin

Biryantin kimi saç şəkilləndiricilərini istifadə etmədən əvvəl saçınızı qurudun. Amma yenə də bir az nəmli qala bilər. Beləliklə həm istifadə edilməsi daha rahat olar həm də saçınız daha asan şəkil alar.

Özünüzü yaxşı hiss etmək üçün duş qəbul etməyi düşünürsünüzsə…

Duş aldiqdan sonra 38 dərəcəlik duş suyuna 1.8 litr saqi (bir növ Yapon içkisi) və bir ovuc dəniz suyu təyin etsəniz bütün ölü hüceyrələriniz təmizlənmiş olar.

Üzmədən əvvəl saç baxımı

Dənizə ya da hovuza girmədən əvvəl saçlarınızı soyuq su ilə isladın. Beləcə saçlarınız duzlu və xlorlu suya girmədən əvvəl özünü yeniləyər və qoruyar.

Saçlarınızın parlaqlığını qorumaq üçün

Xüsusilə açıq rəngli saçlı qadınların etməsi lazım olan tək şey, saçlarının parlaqlığını qorumaqdır. Işıl ışıl saçlara qovuşmaq üçün banyodan sonra durulama əsnasında bir iki damla limonu su ilə qarışdıraraq saçınıza sürməlisiniz.

Gərgin sinələrin əməliyyatsız halı

Hormonal baxımdan müalicə görürsünüzsə (doğum idarə həbləri ya da menopoz müalicəsi) sinələrinizin gərginliyini nizamlaya bilərsiniz. İstifadə edəcəyiniz məhsulların içində sıxışdırıcı ruscus, gücləndirici gingseng və ada çayı olmasına diqqət edin. Bu maddələrin oldugu lasyonlar, sinələri örtən dəri toxumasını gücləndirər və fərahlıq verər.

Rejim edərkən sinələriniz sallansa

Qadınların möhkəm bir rejimə girdiklərində kilo verməkdən sinələrinin sallandığı görülər. Bu vəziyyətdə zülalı zəngin rejimlər etməlisiniz. Beləcə elastin və kolajen lifləri elastikliyini itirməmiş olar.

Kirpiklərin görünüşü

Əgər sürdüyünüz kirpik üçün tuş, kirpiklərinizi istədiyiniz kimi göstərmir və çipil çipil bir görünüş verirsə kirpik üçün tuşu qətiliklə kirpik uclarına sürməyin. Bunun yerinə kirpik diblərinə dərininə sürməni təcrübə edin.

Gözlərdəki şişlik

Səhərlər oyandığınızda gözlərin qızarmış və şişmişsə yatdınız otağı ventilyasiyalısınız. Daha sonra isə rahatlaşdırıcı losyona batırdığınız pambığı gözlərinin üzərində ən az 10 dəqiqə gözlədin.

Aseton istifadəsi

Asetonlu pambığı dırnağınız üzərinə sürtmək dırnaqlar üçün çox təhlükəlidir. Bunun üçün pambığı bir neçə saniyə dırnağın üzərində gözlətdikdən sonra tək hərəkətlə lakı çıxara bilərsiniz.

Manikür sirləri

Dırnağın kənarındakı incə dəri parçalarını kəsmək heç də sağlam deyil. Bu səbəblə çox dəri parçaları ucu pambıqla sarılmış kiçik bir çubuq köməyi ilə arxaya doğru itələnilə bilər.

Günə gümrah başlamaq

Səhərlər yorğun qalırsınızsa bədəninizi toksinlərdən təmizləmək üçün bir stəkan limonlu ilıq su içə bilər, dərinizə də mineral su ilə masaj etsəniz canlandırmış olarsınız.

Yaxşı bir manikür

Dırnaqlarınız zərər görəcəyindən əsla metal törpü istifadə etməyin. Karton, taxta və ya plastik törpünü seçin. Xüsusilə eyni istiqamətə doğru törpülediğiniz dırnaqlarınız yanlara doğru törpülediğiniz dırnaqlara görə daha sağlamdır.

Yumşaq əllər

Əl kreminin dərinizə daha yaxşı təsir etməsini istəyirsinizsə; əllərinizi içi isti su dolu bir qazanın üzərində saxlayin. Beləcə dəri üzərindəki məsamələr açılacaq və krem dəriyə asan nüfuz edə bilər.

Göz makiyajı təmizliyi

Göz makiyajınızı təmizləyərkən göz qapağı və çevrəsini ovuşturmamalısınız. Bunun üçün istifadə etdiyiniz məhsulu göz qapağınıza sürdükdən sonra bir parça pambıqla göz mənbəsindən çölə doğru yüngül dairəvi hərəkətlərlə silin.

Qırılmayan dırnaqlar

Dırnaqlarınızın daha sərt olmasını istəyirsinizsə ilıq suyun içinə zeytun yağı və limon suyu əlavə edərək əllərinizi bir müddət içində gözlədin. Dırnaqlarınız olduğundan daha sərt olar.

Mat dodaqlar üçün

Mat pomadaları sevirsinizsə dodaq qələmi istifadə etməlisiniz. Beləcə dodaqlarınız parlamayacaq  dodaqlarınıza ayrı bir dolğunluq qazandıracaq Yalnız dodaq qələmi ilə də dodaqlarınıza rəng verə bilərsiniz. Amma burada diqqət yetirməniz lazım olan bir nöqtə var; qələmi dodağınıza dik hərəkətlərlə sürdükdən sonra barmağınızla yaxşıca paylamalısınız.

Əllərə süd duşu

Manikür edilərkən su yerinə artıq süd istifadə edilir. Əllərinizi ən az beş dəqiqə ilıq südün içində dinləndirisinizsə əlləriniz və xüsusilə dırnaqlarınızın güclənəcəklərini görəcəksiniz.

Buzlu dodaq kremi

Əgər dodaq qələmi istifadə edirsinizsə sizə əhəmiyyətli bir tövsiyə. Qələmi istifadə etmədən əvvəl buzlu bir qabın içində gözlətsəniz daha yaxşı nəticə əldə edərsiniz.

Susuz cildlər üçün

Bədəninizdə su əskikliyi varsa badam köklü baxım kremləri istifadə etməli və yaşıl çay içməlisiniz.

Diş sağlamlığı

Diş ətlərinizi qüvvətləndirməniz üçün kiçik dənəli duzları diş fırçanızın üzərinə qoyun. Daha sonra da diş ətlərinizə qədər dişlərinizi fırçalayin.

Tərcumə etdi və hazirladi:PURE LOVE


 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri