Yalnız yemək üçün deyil, dəriyə də faydalıdır - İSTİFADƏ QAYDALARI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 777
Səs ver:
(səs: 2)
Çox insan xiyarın faydalarını bilmədən yeyir. QADİNLA.COM əsasən yemək üçün istifadə etdiyiniz xiyarın dəri üçün 7 fərqli istifadə qaydasını təqdim edir. Bunların sayəsində xiyarın sadəcə yemək üçün lazım olmadığını anlayacaqsınız.

Dəri yanıqlarını müalicə edir

Xiyar günəş yanıqları üçün idealdır. Günəş yanığı olan bölgəyə xiyar dilimlərini qoyun və isinməyə başlayana kimi gözləyin.

Sellüliti yox edir

Bir xiyarın suyunu bir qaşıq balla qarışdırın və sellülit olan yerlərə sürtün. Dərini sıxlaşdıran və kollagen yaranmasına yardım edən bu qarışımı qırışlarınız üçün də istifadə edə bilərsiniz.

Tünd halqaları azaldır

Göz altındakı qaralmaların getməsinə yardım edən xiyar dilimlərini gözlərinizin üzərinə yerləşdirin və 10-20 dəqiqə gözləyin.

Dərini canlandırır

Limon suyu və xiyarı qarışdırıb maska olaraq dərinizə çəkin. Dərini işıldadacaq bu qarışım ləkələrə də yaxşı təsir edəcək.

Məsamələri kiçildir

Xiyar dəri toniki üçün ideal bir seçimdir. Gül suyu, bal, limon suyu ilə qarışdırın, ya da sadəcə xiyar suyunu dəri toniki olaraq istifadə edin. Bütün dərinizə çəkib 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Məsamələrin kiçildiyini görəcəksiniz.

Gözdəki şişkinliyi azaldır

Xiyarın tərkibindəki absorbik turşusu şişkinliyin aparılmasına yardımçı olur. İki dilim xiyarı gözlərin üzərinə qoyun, bir müddət saxlayın. Gözləriniz yorulanda da eynisini edə bilərsiniz.

Ləkələrin rəngini açır

Xiyarı rəndələyib bütün üzünüzə və boynunuza çəkin. Ləkə və çillərin rəngi açılacaq.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri