Dodaqlara qulluq və maskalar

Müəllif: Aylin...
Şərhlər: 4
Baxılıb: 3 447
Səs ver:
(səs: 1)
Dodaqlara qulluq üçün masqaları
Dodaq dərisində piy vəzlərinin olmadığı üçün dodaqların səthi daha həssas olub quru-mağa və qabıq verməyə meylli olur. Bu hal vitamin-lərin çatışmamazlığı, orqaniz-min bir sıra xəstəlikləri, stres- slər, uzun müddət soyuq ha-vada qaldıqda və s. nəticə-sində baş verir.
Dodaqların qurumasının sə-bəblərindən biri də siqaret çəkilməsi, həmçinin krem və ya pomadaya qarşı allergiya-nın olmasıdır. Bir sıra hallarda dodaqların qırmızı haşiyəsinin iltihablaşması prosesinin sə-bəbi günəş şüalarına qarşı yüksək həssaslığın olmasıdır. Bu halda çölə çıxmamışdan qabaq dodaq dərisinə tərki-bində günəşdən qoruyucu filtrlər olan krem və ya pomada sürtmək tövsiyə edilir (çimərlikdə günəş vannaları qəbul edərkən də bu cür etmək lazımdır). Yadda saxla-yın ki, şaxtalı və küləkli havada dodaqları yalamaq olmaz.

Bunu etməklə siz onun qo-ruyucu səddini xaric edirsiniz ki, bunun da nəticəsində dodaqlar qurumuş olur. Şaxtalı havalarda dodaqların səthinə bir neçə qat yağlı pomada sürtmək lazımdır. Dodağın quruması və çatlaması demək olarki bir çox insanın prob-leminə çevrilib. Ancaq bu quruluq narahat etdiyi zaman, islatmaq qanama, yara və çatlamalara səbəb olur. Üstəlik bunun üstünə pomada vurduqda daha pis vəziyyətdə görünür. Dodağınıza hər gün fırça ilə masaj edin və sonra nəmləndiricilərdən istifadə edin. Dodaqlarınız ölü hücey-rələrdən təmizlənəcək.

Dodaqlara qulluq və maskalar
Yazın gəlməsiylə birlikdə, gü-nəş şüaları dərimizə çox təsir edir. Günəşin zərərlərindən ən böyüyü isə tez qocalmağa səbəb olmasıdır. Xanımların da ən çox diqqət yetirdikləri yer üzləri və dodaqlarıdır. Dodaqların özlərində qoruyuculuq bacarığı var, ancaq bə-zən xarici zərbə çox güclü olduğundan artıq dodaqlar qurumağa və çatlamağa baş-layır.
Yaz üçün dodaqlarınızı qorumaq məqsədilə bir neçə maskadan istifadə edə bilərsiniz.

Çatlayan dodaqlar üçün maska:
1 çay qaşığı badam yağı
1 çay qaşığı bal
1 çay qaşığı vanil

İstifadəsi:

Bal və badam yağını biraz isidin və içinə əridilmiş vanil tökün. Sonra hamısını qarış-dırın, bir qaba qoyun. Sonra isə dodaqlarınıza çəkin.

Gözəl dodaqlar üçün:
1/2 (xiyar), pomidor
1 yemək qaşığı bal
1 yemək qaşığı qatıq

İstifadəsi:
Xiyar və pomidoru yuduqdan sonra soyun. Blendrla suyunu çıxarın sonra bal və qatığı əlavə edib qarışdırın. Daha sonra dodaqları-nıza çəkin 15 dəqiqə sonra yuyun. Bu maska dodaqlarınızı nəmləndirəcək və sağlıqlı olma-sına kömək edəcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri