Qüsurlarımızı makiyajla necə ört basdır edək?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 790
Səs ver:
(səs: 1)
Uğurlu makiyajın sirləri nələrdir?
Makiaja başlamazdan əvvəl...

Makiajı təmiz və nəmləndirilmiş dəriyə etsəniz daha effektli olar, amma üzü təmizləmək və nəmləndirməni makiyajdan ən azı bir saat əvvəl etməlisiniz. Çünki, dəri kremlə bahəm boyanı da qəbul edəndə, xüsusilə də ənlik çəkiləndə ləkələr yaranır və üz dərisi yanıbmış kimi təəssürat bağışlayır.
Makiyaj olunan zaman otağın aurasına da fikir vermək lazımdır. Belə ki, elektrik enerjisi vasitəsilə işıqlandırılmış otaqda makiyaj solğun görünür. Günəş işıqlı məkanda isə daha cazibədar təsir bağışlayır.

Üzə kirşan, yoxsa krem çəkməli?


Kosmetoloqlar və vizajistlər makiyaj edəndə krem əvəzinə kirşandan (pudra) istifadə etməyi məsləhət görür. Çünki, dəri kremi udur. Kirşan isə toz halında olduğu üçün dəriyə elə də təsir etmir. Üzə eyni miqdarda yayılması və daha az ziyanlı olması üçün onu fırça ilə çəkmək daha yaxşıdır.
Bəzi xanımlar gözaltı dəridə olan problemləri gizlətmək üçün kremdən də istifadə edirlər. Həmin məhlulu üzünüzə çəkəndə nişan barmağınız vasitəsilə yaymağınız məsləhətdir. Bu barmaq ən az işlənən olduğu üçün dərisi zərif olur və kremi daha yumşaq şəkildə yayır.
Dərinizin rəngindən çox tünd və ya çox açıq olan makiyaj sizi süni göstərər və təbii görünüşünüzə ziyan verə bilər. Buna görə də rəng seçəndə dərinizin rənginə uyğun olan tondan istifadə etmək lazımdır



Göz makiyajını necə etməli?


Makiyajın əsas diqqət yetirilən hissələrindən biri də gözlərdir. Bu hissədə cəlbedicilik yaratmagin ən asan yolu gözün içərisinə qara qələm çəkməkdir. Bu göz makiajından istifadə gözləri iri olan xanımlara məsləhətdir. Kiçik ölşülülər alt hissəsinə ağ rəngdə qələm çəkməlidirlər. Beləliklə, gözləriniz daha iri həcmli görsənəcək. Ölçüsündən aslı olmayaraq gözün üst hissəsinin uclarına qələm çəkə bilərsiniz bu cəlbediciliyi daha da artırır və gözlərə parıltı bəxş edir. Qaşlarıınızın qalın və ya istədiyiniz görünüşdə olması üçün gözlərinizə çəkdiyiniz rəngdə qələmlə qaşlarınızı formaya salın. Əgər gözləriniz göy və ya yaşıldırsa göz rənginizə uyğun rəngli qələm də çəkə bilərsiniz.

Burnunuzla bağlı kompleksiniz var?


Burnunuzun görünüşünü bəyənmirsinizsə, bu problemdən də makiaj vasitəsilə xilas ola bilərsiniz. Tünd rənglərdən istifadə edərək üzünüzdəki qüsurları ört-bastır etmək daha asandır. Burnunuzla dodağınızın arasındakı məsafə uzundursa bu hissəyə çox kirşan vurmayın. Beləliklə, həmin nahiyəyə daha az diqqət cəlb edərsiniz. Əksinə həmin hissə qısadırsa açıq rəngdə kirşan çəkin. Burnunuzun uzun olduğundan şikayət edirsinizsə ölçünü qısa göstərmək üçün ucuna ənlik vurun. Böyük ölçülü burundan diqqətləri kənarlaşdırmaq üçün dodaq boyanızı əlvan rənglərdə seçərək diqqəti burnunuzdan yayındırın.

Ənlik çəkəndə nəyə diqqət yetirməli?


Ənlik çəkməyin də öz sirləri var. Belə ki, əgər dərinizin rəngi açıq və ya sarışındırsa şaftalı, buğdayı və ya qumralsınızsa çəhrayı, əsmərsinizsə torpaq rənginin tonlarından istifadə edin. Ənlimk çəkəndə fırçanı aşağıdan yuxarıya doğru hərəkət etdirin. Çəkdiyinizin bilinməməsini istəyirsinizsə, fırçanı üzünüzə çox bərk basmayın və dodaq boyanızla eyni rəngdə olmağına fikir verin.

Dodaqların gözəl görünüşü dodaq boyasından aslıdır


Dodaq boyası seçimində isə üç ünsürə - yaşa, dodağın ölçüsünə və dərinin rənginə xüsusi fikir vermək lazımdır. Üzünüzdə qadın ifadəsi yaratmaq istəyirsinizsə, tünd rəngli və parıltısız pomadaları seçməlisiniz. Gənc görünmək üçün isə açıq rənglərdən istifadə edin. Böyük dodaqlar üzə cazibədarlıq bəxş edir. Qadın yaşa dolduqca isə dodaqları nazikləşir. Dodaqları doğun göstərmək üçün parıltılı dodaq boyaları məsləhətdir. Boyanı müntəzəm olaraq yeniləməklə isə təravətli görsənməyə zəmanət yatarmış olarsınız.
Dərisi açıq rəngdə olanlar şəffaf rəngli çəhrayı tonlarını, tünd və açıq qırmızı kimi cəlbedici rəngləri seçə bilərlər. Buğdayılara bənövşəyi, açıq qəhvəyi və tünd bənövşəyi, şərab rəngli tonları, tünd rəngli dərilər isə şokolad tonları, parıltısız qırmızı və ya bənövşəyinin tünd tonları məsləhətdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri