Gözəllik dərmanı: Kakao

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 003
Səs ver:
(səs: 0)
Hamının həyatında vacib bir yer alan kakao tropik iqlim bitkisidir. Təbii yetişdirmə mühiti Cənubi Afrika, Qərbi Afrika, Qərbi Hind adaları olmaqla bərabər, tropik ölkələrin bir çoxunda yetişdirilməkdədir. Bu meyvənin ən vacib xüsusiyyəti toxumlarından şokolad istehsalında istifadəsidir. Kakao bitkisi təzə ikən limon sarısı rəngində, qurudulduqdan sonra isə tünd rəng alır. Son zamanlarda edilən elmi araşdırmalar kakaonun kosmetikanın hazırlanmasında əvəz edilməz məhsullardan olduğunu göstərdi.

Dodaqları nəmləndirir
Kiçik bir parça kakao yağını dodaqlarınıza çəkin ki, möhtəşəm qoxusu ilə dodaqlarınızın gün boyu nəmli və sağlam qalsın.

Quru və çatlamış dəriyə xeyirlidir
Bir parça kakao yağını dəridə quru və çatlamış bölgələrə istifadə edə bilərsiniz. Hamiləlik və ya çəki alıb vermə vəziyyətlərində çatlaq yaranmasının qarşısını almağa kömək olur. Tərkibindəki E vitamini sayəsində dərini qidalandırır, dəridə təbii bir parlaqlıq və elastiklik qazandırır. Dərini yeniləyir.

Dərini nəmləndirir
Xüsusilə, həssas dəriyə sahib insanlar üçün bir nəmləndiricidir.

Saçları qidalandırır
Tərkibində olan antioksidanlar sayəsində bir çox sağlamlıq problemlərində dəstəkləyici olaraq istifadə edilə bilən kakao yağı, saçlar üçündə mükəmməl bir yağdır.Saçlarınızın sağlam parlaqlığına qovuşması, nəmlənməsi və yumşaq olması üçün kakao yağını mütləq yoxlamalısınız. Nizamlı istifadə saçlarınızın tez uzanmasını təmin edəcəkdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri