Gözəlliyinizə gözəllik qatmağın sadə ipucları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 077
Səs ver:
(səs: 0)
Dəri rənginiz solğunmu görünür?
1 ədəd bananı çəngəllə əzin, üzünüzə masaj edərək tətbiq edin. 15 dəqiqə gözləyib ilıq suyla yuyun.

Səhərlər üzünüzü soyuq suyla yuyun,bunun sızanaqlarla mübarizənin ən asan yolu olduğunu bilirdinizmi?

Makiyaj təmizləmədən yatmağı ağlınızdan belə keçirməyin. Yoxsa apardığınız cəhətlər heç bir işə yaramayacaq.

Siqaret tüstüsündən qətiyyən uzaq durmalısınız. Siqaret çəkməyə davam edərək dərinizə çox zərər verdiyinizi bilin.

Hər gün bir alma yemək, dərinizi parladacaqdır!
Parlaq və hamar bir dəriyə sahib olmanın ilk qayda, dəri təmizliyini etinasızlıq etməkdir. Siz də hər gün dərinizi yuyun və təmizləyin.

Dəriniz çox həssasdır və yaxud tonika istifadə etmək istəmirsiniz? Hər səhər və axşam gülab ilə təmizləyin.

Dəriniz quru isə, spirtli təmizləyicilərdən çəkinməli və təbii məhsullara üstünlük verməlisiniz.

Bayıra çıxmadan əvvəl dərinizə nəmləndirici kremini dairəvi hərəkətlərlə tətbiq edin. Yoxsa günəş, külək və yağışın təsiri ilə dəriniz quruyur. Bundan başqa, artıq bir çox nəmləndirici krem tez qocalmağı qarşısını alan xüsusiyyətə malikdir!

Əgər dəriniz qurur və hətta qabıq verirsə, onun bu siqnalını dərhal fərq etməlisiniz.
Bu da sizə praktik bir peeling tərifi:

1 şirin qaşığı qarğıdalı unu, 1 şirin qaşığı qatıq ilə qarışdırın. Qarşımı 5 dəqiqə gözlədin və daha sonra dərinizə dairəvi hərəkətlərlə sürün.

Göz və dodaqlar istisna tətbiq edəcəyiniz peeling-i 5 dəqiqə gözlədin və üzünüzü ilıq suyla yuyun. Dərinin ölü hüceyrələrdən təmizləndiyini görəcəksiniz.

Yuxusuz gecələrin sonunda rastlaşdığımız gözaltı qaraltılar ilə başa çıxmaq üçün hər gün 10 dəqiqə gözlərinizə bir dilim kartof qoyun və 10 dəqiqə gözlədin. Sonra ilıq su ilə yuyun.

Gözləriniz çox şişmişsə, buz torbası ilə gözlərinizə kompres edə bilərsiniz.
Hava almayan cild, sızanaq, axına və qara nöqtələrlə qarşılaşmaq məcburiyyətində qalır. Bunun qarşısını almaq üçün, bir qabın içinə su qoyub qaynadın. Saçlarınızı gərgin şəkildə arxadan toplayın. Qaynayan suyun üstünə üzünüzü tutun və buxarın dəlikləri açmasına icazə verin. Dəriniz nəfəs alacaq.

Qurumuş dodaqlarınızı diş fırçasıyla təmizləyərək ölü dərilərdən xilas ola. Bundan başqa, çantanızdan dodaq nəmləndiricini əskik etməyin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri