Mətbəxinizdə olan 6 gözəllik məhsulu

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 2639
Paylaş:
Səs ver:
(səs: 2)

Gözəllik məhsullarına milyonlarla pul xərcləmənizə ehtiyac yoxdur. Çünki mətbəxinizdə dəri və üz gözəlliyiniz üçün bir çox qida məhsulu var.
İnanın ya da inanmayın, mətbəxinizdə bir gözəllik xəzinəsi var!

Zeytunyağı
Zeytunyağ mətbəxinizdə olan ən yaxşı gözəllik məhsullarının başında gəlir. Quru ya da yağlı dərinizi bəsləyər eyni zamanda duşdan sonra saçlarınıza çəkdiyinizdə saçlarınız daha parıltılı bir görünüşə sahib olar. 
Bal
Ləzzətli dadının yanında bal, saçınız və dəriniz üçün də istifadə edə biləcəyiniz bir gözəllik məhsuludur. Bal, dərinizi nəmləndirər və bəsləyər. Eyni zamanda saçınızı nəmləndirərək və parıltı qazandıraraq bir maska funksiyası yerinə yetirər. 
Alma sirkəsi
Yaxşı bir peeling məhsulu axtarırsınızsa çox uzağa getməyin. Hər evdə olan alma sirkəsi bu əməliyyat üçün birə-birdir. Yalnız bir pambıq üzərinə bir neçə damla sıxıb üzünüzə çəkəcəyiniz alma sirkəsi ilə üzünüzdəki köhnəlmiş dəridən təmizlənmiş olacaqsınız. Alma sirkəsini 30 - 45 dəqiqə tətbiq etdikdən sonra isə zeytunyağı istifadə edərək dərinizi bəsləyə bilərsiniz. 
Şəkər tozu
Bəslənmənizdən şəkəri çıxarmış ola bilərsiniz amma evinizdə gözəlliyinizdə istifadə etmək üçün saxlamalısınız. Təbii peeling xüsusiyyəti olan şəkər tozu, dəri və dodaq gözəlliyi üçün birə-birdir. Tək etməniz lazım olan ovucunuza götürəcəyiniz az miqdarda şəkər tozunu üzünüzə çəkməkdir.
Duz
Şəkər tozu kimi duz da, mətbəxinizdə yeməklərinizdə çox istifadə etməsəniz belə gözəllik vəsaiti olaraq evinizdə saxlamanız lazım olanlardandır. Duz da şəkər tozu kimi peeling xüsusiyyətinə malikdir. Quru dərinizə tətbiq edin. Əgər dəri ləkələriniz varsa, bir miqdar dəniz duzunu bal ilə qarışdırıb problemli olan bölgəyə tətbiq edin. Şampununuzun içərisinə, saçlarınızı yeni rəngləmədinizsə az bir miqdar dəniz duzu atın nəticəyə inana bilməyəcəksiniz. 
Limon
Limon və limon suyu gözəlliyiniz üçün sanki bir dərman kimidir. Hətta mətbəxinizdəkilərin ən yaxşılarından biridir. Saçlarınızın rənginizi açmanıza köməkçi ola bilər, dırnaqlarınızdakı sarı ləkələri yox edər, dişlərinizi ağartmanıza köməkçi olar və səhərlər bir stəkan limonlu su həzm sisteminizi hərəkətə keçirər.


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 2639
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv