Qısa zamanda düzgün makiyaj etməyin sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 410
Səs ver:
(səs: 0)

 Makiyaj etməyin biz qadınlar üçün nə qədər zəhmətli və vaxt alan iş olduğunu hamımız çox yaxşı bilirik. Əminəm ki, bir çoxumuz gözlənilmədən harasa getməli olduğumuz üçün eyni anda bir neçə işi görməyə məcbur oluruq ki, bunlardan biri də çox qısa zamanda düzgün makiyaj etməyimizdir.

   Belə vəziyyətlərdə həm sürətli, həm də düzgün makiyajı necə etmək olar? İndi siz də  çox vaxt sərf etmədən qısa zamanda professional makiyaj edə biləcəksiniz. Elə isə diqqətiniz burda olsun:

    - Hər şeydən əvvəl makiyaj vasitələrinə yaxşı bələd olmalısınız. Hər vasitənin hansı işə yaradığını dəqiq bilməyiniz vaxtınıza qənaət etmək deməkdir.

    - Sürətli makiyaj edərkən əsla tünd rənglərdən istifadə etməyin. Daha yumşaq rəng çalarlarını seçməyiniz işinizi bir xeyli asanlaşdıracaq.

  - Yumşaq rənglərdən istifadə göz kölgələrinə ehtiyacı minimuma endirir. 

  - Ənlik dəridə daha tez yayıldığından üzünüz qısa zamanda təravətli görünəcək.  

  - Ənliyin istifadəsindən sonra yanaqlarınızı təbii al rəngin çaları ilə xəfif boyayın. Və sonda dodaq boyanızı çəkin.

    Düzdür, bu makiyaj sizə saatlarla üstündə çalışdığınız makiyajın effektini verməyəcək, amma ən azından üzünüz daha təmiz və təravətli görünəcək. Beləliklə, siz baxımsız deyil, özünə vaxt ayırmağı bacaran qadın təəssüratı oyadacaqsınız.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri