Hər gün zibilə atdığımız meyvə və tərəvəz qabıqlarının KOSMETİK FAYDALARI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 141
Səs ver:
(səs: 0)
Hər gün fərq etmədən zibilə atdığımız meyvə və tərəvəz qabıqlarının cild təmizliyindən tutmuş,otaq havasının təmizləmək və nəmləndirici olduğunu heç təzəvvür edirsinizmi?

Bu da sizə bir neçə örnək:

Qarpız qabığı ilə dərinizdəki sızanaqları təmizləyə bilərsiniz.

Banan qabığına şəkər sürüb bədəninizə sürdükdə peeling təsir edər. Bundan başqa həşərat sancması, allergiya kimi hallarda da banan qabığından istifadə edə bilərsiniz. Həmçinin banan qabığına xarici hissəsi ilə ayaqqabınızı cilalamaq olar.

Portağal qabığı ilə pis qoxulardan xilas ola bilərsiniz. Eyni zamanda böcək və ağcaqanadları də evinizdən uzaq saxlayacaqsınız.

Tərəvəz və əti soğan və sarımsaq qabığı ilə bişirsəz yeməyiniz daha bəsləyici olar.

Evdə bişirdiyiniz çörəyə rəndələnmiş kök qatsaz çörəyiniz daha ləzzətli alınacaq.

Dolabınıza naftalin əvəzi rütubət və pis iyləri yox edən portağal qabığı qoya bilərsiniz.

Ev dibçəklərinizin dibinə gübrə əvəzi üyüdülmüş yumurta qabığı əlavə edə bilərsiz.

Qreyfrut qabığı dəmləməsiylə dəriniz üçün faydalı tonik əldə edə bilərsiniz.

Kartof qabıqları isə göz altı torbaları yox edər.

Alma qabıqlarının gözaltı qaralmalara faydası var.

Qəhvədən və çaynikdəki ərp ləkəsini limon qabığı rəndəsi ilə aparın.

Avakado qabığı cildinizi gözəlcə nəmləndirər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri