Gözəl qalmaq istəyirsinizsə, bu səhvləri etməyin

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 3 511
Səs ver:
(səs: 0)
Hər xanım gözəl və qüsursuz dəriyə sahib olmaq istəyir. Bunun üçün müxtəlif qulluq vasitələrindən istifadə edən xanımlar da çoxdur.
Ancaq dəriyə qulluq etdikdə belə, bu səhvlərə yol vermək mümkündür.
Qadınla.com dəriyə qulluq zamanı edilən ən yayılmış səhvləri diqqətinizə çatdırır.
Günəş qoruması olmayan nəmləndiricidən istifadə etmək
İlin hər vaxtı istifadə etdiyiniz nəmləndirici kremlərin ən az 15 faizi günəşdən qoruma tərkibli olmalıdır.

Makiyajı təmizləməmək
Gün ərzində edilən makiyajı gecəyə qədər üzdə saxlamaq çox zərərlidir. Bu zaman ərzində məsamələr bağlı olduğundan yaranan bakteriyalar iltihab və qızartıya, dərinin tez qocalmasına səbəb olur. Makiyajla yatmamağa diqqət edin. Axşam makiyaj edəcəksinizsə, səhər etdiyiniz makiyajı təmizləyəndən sonra edin.

Üzü yumazdan əvvəl əlləri yumamaq
Əgər əllərinizi yumadan üzünüzü yusanız, gün ərzində əlinizdə yığılan bütün bakteriya və mikrobları üzünüzə yerləşdirmiş olursunuz. Bu hərəkət də dərinizdə iltihab və qızartılara səbəb olar.

Daim eyni nəmləndiricidən istifadə etmək
İstifadə etdiyiniz nəmləndiricini mövsümə görə dəyişmək lazımdır. Qışda daha yağlı və qatı bir nəmləndiricidən istifadə etdiyiniz halda, yayda daha su tərkibli və yüngül, günəş qoruyucu baxımından daha güclü olan bir nəmləndirici istifadə etməlisiniz.
Yaşlanmaya əleyhinə olan vasitələrə gec başlamaq
Yaşlanmaya qarşı vasitələrdən istifadə etmək əsla erkən deyil. Yaşınıza uyğun məhsulu seçmək üçün əvvəlcə dermatoloqa müraciət edin və dəri tipinizə uyğun vasitələri istifadə edin.

Boynunuza diqqət etməmək
Boyun yaşlılıq izlərini ilk gözə çarpdıran nahiyələrdəndir. Dəri baxımı zamanı boyun nahiyənizi unutmayın.

Diqqətli qurulamamaq
Xüsusilə həssas və quru dərilərdə qurulamağa çox diqqət edilməlidir. Uzun müddət və sərt edilən qurulama işləri qırışlara səbəb ola, ya da olan qırışıları daha da artıra bilər.

Sızanaqları sıxmaq
Sızanaqları sıxaraq həm bakteriyaları ətrafa yayır, həm də əlinizdəki bakteriyaları üzünüzə sürtmüş olursunuz.
Çoxlu şirniyyatlar yemək

Şirniyyatlar və şəkər dərinin əsas düşmənləridir. Şirniyyatlardan sui-istifadə dəridə qocalma proseslərini tezləşdirir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri