Asiyalı qadınların gözəlliklərinin 8 SİRRİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2200
Səs ver:
(səs: 0)
Tarixən Asiyalı qadınlar dərilərinin parlaqlığı və bəyazlığı ilə diqqət çəkiblər. Onların dərisi daim qüsursuz və canlı görüntüyə sahibdir.

Qadinla.com körpə dərisi qədər yumşaq və gözəl görünüşə sahib olmaq üçün Asiyalı qadınların 8 sirrini təqdim edir.

Gizli metod: 4-2-4
Asiyalı qadınlar ən çox bu üsuldan istifadə edir. Birinci onlar hidrofilik yağı üzə çəkib 4 dəqiqə saxlayırlar. Sonra 2 dəqiqə təmizləyici gellə təmizləyirlər. Bu prosesdən sonra 4 dəqiqə üzlərini su ilə yuyurlar. Bu proses hər dəfə iki mərhələ şəklikdə tətbiq edilir.

Müxtəlif süngərlər
Dərinizi dərindən təmizləmək üçün Konya süngərlərindən istifadə edə bilərsiniz. Konya bitkisinin gövdəsindən hazırlanan bu süngərlər dərini tam təmizləyir və yumşaldır. İstifadə etməmişdən əvvəl yumşalması üçün isti suda saxlayın. Təmizliyə alından başlayıb çənədə bitirin.

Məlhəmlər
Gənc və gənc qalmaq istəyənlər üzünüzü müxtəlif tərkibli məlhəmlərin qarışığı ilə müalicə edə bilərsiniz. Asiyalı qadınlar bu məqsədlə təxminən 17 növ məhsuldan istifadə edirlər. Onlar əvvəl incə sıxlıqlı məhsulları dəriyə “yedizdirirlər”, sonra isə orta sıxlıqdakı və sonra isə ən sıx məlhəmlərdən istifadə edirlər.

Yay-qış demədən
Dərinizi yay-qış demədən günəş kremləri ilə qoruya bilərsiniz. Asiyalı qadınları ilin bütün fəsillərində çətirlə görə bilərsiniz. Əlbəttə, bunu keflərindən etmirlər. Çünki Günəşin zərərli şüaları fəsildən fərqli olmayaraq dəriyə zərər vura bilərlər. Ona görə də, asiyalı qadınlar bu üsulla dərilərini qoruyurlar. Əlbəttə, siz çətir götürmək məcburiyyətində deyilsiniz. Ən azından günəş kremlərindən istifadə edə bilərsiniz.

Düyü suyu
Asiyalı qadınlar üçün düyü əvəzsiz gözəllik vasitələrindəndir. Üzünüzün dərisinin yumşaqlığı üçün düyü suyu əvəzsizdir. Düyü suyu ilə saçınızı yusanız ona əvəzsiz parlaqlıq qazandıracaqsınız.

Yaşıl çay və nanə
Bu iki bitkini mütəmadi olaraq dərinizə çəksəniz parlaq və canlı görünəcək. Allergiyanız varsa, diqqətli olmalısınız.

Dərinizi belə təmizləyin
Dərinizi təmizləmək üçün istifadə etdiyiniz məhsulları sərt şəkildə üzə sürtmək heç ağıllı yanaşma deyil. Məhsulları üzünüzə yumşaq və masaj edirmiş kimi sürtsəniz effekti daha yaxşı olacaq.

Sonuncu - dəri ağartma
Nəticənin yaxşı olması üçün dərinizi ovaraq ağartmalısınız. İki çay qaşığı düyü ununu bir kasaya töküb, bir çay qaşığı bal, 4 çay qaşığı kartof suyu, üç çay qaşığı limon suyu əlavə edib gözləyin. Yaxşıca qarışdırın və dərinizə qalın təbəqə çəkin, 30-40 dəqiqə saxlayın. Sonra 2-5 dəqiqə yumşaq masaj edin və ilıq su ilə üzünüzü yuyun.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2200
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Onun_Mələyi
Bu Asiyalı qadınlara bax sən23nələr edirlərmiş nələr))
düyü suyu ilə saç yuyulduğunu bilirdim, lobya suyu da yaxşıdı09
paylaşdığınız üçün təşəkkür.
28 noyabr 2017 15:45
3

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Offline
Dilaycan
Axırıncı resepti beyendim,aglabatandır..))
Tsk can..
28 noyabr 2017 15:15
2
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
BARBI
Asiyali qadinlar cox baximlidir.Daim derisine qulluq edirler
28 noyabr 2017 12:31
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri