Dodaqlarınızı tez-tez yalamayın...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 718
Səs ver:
(səs: 0)
Dodaq çatlarına bütün mövsümlərdə, xüsusilə də qış aylarında rast gəlinir. Bəs dodaq çatını yaradan səbəblər hansılardır? Ailem.az bununla bağlı məlumatları diqqətinizə çatdırır

Cild quruluğu
Ağrı yaradan dodaq çatlarının ən böyük səbəblərindən biri quru dəri və soyuq havalardır.

Günəş işığı
Günəş işığı əhəmiyyətli səbəblərdən biridir. Xüsusilə yaz aylarında xeyli məruz qaldığımız günəş şüaları orqanizmdəki nəmi buxarlaşdıraraq, dodaqlarımızı qurudur və çatladır.

Susuzluq
Gün ərzində kifayət qədər su içmədikdə hüceyrələrin susuz qalması dodaq quruluğuna və çatlarına səbəb olur.

Keyfiyyətsiz kosmetik vasitələr
İstifadə edilən bəzi kosmetik vasitələr də dodaqlarınızda çat yarada bilər. Keyfiyyətsiz kosmetik vasitələr dodaq quruluşunuza zərər verərək, mikrob düşməsinə səbəb olur.

Vitamin çatışmazlığı
Dodaq çatlaması bəzi qan xəstəliklərinin xəbərçisidir. A, B2 və B3 vitaminlərinin çatışmazlığı da dodaq çatlaması ilə nəticələnir.

Ağız suyu
Tez-tez ağız suyu ilə isladılan dodaqlarda çatlar yaranır. Tüpürcəyinizlə tez-tez islatdığınız dodaqlarınız onun tez buxarlanması nəticəsində inanılmaz şəkildə quruluğa və yaralar yaranmasına səbəb olur.

Ağızla alınan nəfəs
Adətən yatarkən ağızdan alınan nəfəs də dodaq quruluğuna və çatlamasına səbəb olur. Burun tıxanıqlığı səbəbi ilə ağızdan nəfəs alan şəxslərin də dodaqları quruyur və çatlayır.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 718
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri