Gözəllik sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 225
Səs ver:
(səs: 0)
Gözəl görünmək hər bir xanımın ən çox önəm verdiyi məsələlərdən biridir.Əlbətdəki,bu estetik əməliyyatla və yaxud makiyajla olmur.Təbii yollarlanda gözəl görünmək mümkündür.Xanımlar adətən kosmetik vasitələrə daha çox pul xərcləyirlər.Amma təbii yollarlan daha az xərc çəkərək gözəl görünmək mümkündür.

1.Hər səhər soyuq bir duş!
Ekspertlər hər dəfə deyirlər ki,isti yox, soyuq su ilə duş almaq daha faydalıdır.Əlbətdə buz kimi sizi xəstə edə biləcək su nəzərdə tutlmur.Duş alacagınız suyun ilıq olması yetərlidir.Xəstə olmağınızı heç kim istəməz.Soyuq su ilə duş zaman qan dövranı sürətlənir, dəri tonunu yaxşılaşdırır, immuniteti gücləndirir,dərinin elastikliyini daha çox artırır.Beləcə hər gün soyuq duş alaraq gözəl və canlı bir görünüşə sahib ola bilərsiniz.Əgər isti duşu sevirsizsə onda onu gecə yatmazdan əvvəl istifadə edə bilərsiz.Lakin səhər alınan duş bütün günü gözəl görünmənizə köməkçi olacaq.

2.Saçlarınızın daha həcmli və daha parlaq olmasına önəm verin.
Hər səhər oyananda əsasəndə qadınların saçları ilə şikayət etdikləri məsələ onların həcmsiz,parlaq olmaması,quru,cansız olmasıdır.Və bu normal bir haldır.Əlbətdə bəziləri istəmədnə belə şəkildə evdən çıxırlar.Amma çıxmaq istəməyənlər üçün yaxşı bir gözəllik sirrimiz var.Sirrin altında isə hindistan kokos yağı və təbii qatıq maskasıdır.Hindistan kokos yağı son zamanlar çox populyar oldu və onun faydaları dillərdə gəzir.Maskanı hazırlamaq üçün təbii qatıqın içinə bir çay qaşığı qədər kokos yağı əlavə edib qarışdırmanız yetərlidir.Bu maskanın canlandırıcı bir özəlliyi vardır ki, bu da saçların həcmli və parlaq görünüşə qovuşmasıdır.Maskanı saçlaınızda 15 dəqiqəyə qədər saxlayıb sonrada maskanı saçlarınızdan təmizləyirsiniz.Və bu dəfə də saçlarınızı alma sirkəsi qarışdırılmış su ilə masaj edirsiniz.Bütün bunları etdikdən sonra siz artıq gözəl saçlara sahib olursunuz.Daha həmişəki kimi cansız və sönük saçlarla evdən çıxmağa məcbur deyilsiniz.

3.Sağlam qidalanmağa önəm verin!
Əgər həqiqətən gözəl görünmək istəyirsinizsə onda sağlam qidalanmağa üstünlük verməlisiniz.Çünki sağlam qidalanmaq dərimizin gözəlliyinə ciddi təsir göstərir.Adətən dəri problemləri qeyri-düzgün qidalanma zamanı ortaya çıxır.Ona görədə mütəmadi olaraq C mitamini və B vitamini olan məhsulları tükətməyə diqqət etməliyik.Bunun üçündə ən çox üstünlük verə biləcəyimiz qidalar portağal,qreyfrut,limon,çiyələk,yaşıl yarpaqlı tərəvəzlər və kividir.Siz heç sağlam qidalanmadığını söyləyən gözəllik kraliçası gördünüzmü?
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri