Əl baxımı edərək əllərinizi xoşbəxt edin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 585
Səs ver:
(səs: 0)
Qurumuş, baxımsız əllər qoca bir görüntü də ortaya qoyar, yaşınızı olduğunuzdan daha yaşlı göstərir. Əllərdə görülən bir problem də ləkələnmələrə səbəb olar. Bu ləkələr qocalmadan qaynaqlandığı kimi, günəş səbəbi ilə, ya da bəzi xəstəliklərdən görə də ola bilir.

Baxımlı əllərə sahib olmaq, gözəllik qulluğunuza əl baxımını da əlavə etmək istəyirsinizsə, sizin üçün hazırladığımız təkliflərə nəzər sala bilərsiz.

Əllər ehtiyac duyduğu rütubəti qarşılamazsa əllərdə çatlamalar başlar və bu vəziyyət nəticəsində dəri elastikliyini itirir. Su dəri üçün olduqca əhəmiyyətli. Dəri susuz qalanda əllərdə quruma görə bilərsiz. Gündə ən az 2 litr su istehlak etmək, əlləriniz qədər bədən sağlamlığınız üçün də əhəmiyyət daşıyır. Hər gün nizamlı su istehlak etdikdə əl quruluğunun azaldığını görəcəksiniz.

Əl baxımıtəbii üsullarla evdə rahatlıqla edilə bilər. Bunun üçün təbii vasitələrlə tətbiq edilən əl qulluq maskaları mövcuddur. Əllərinizdə yığılan çirk və ölü təbəqə uzaqlaşdırmaq, quruyan əllərə qarşı tədbir almaq üçün evdə edəcəyiniz sadə bir peeling maskası sizlə bölüşək. Həftədə bir dəfə edin.

Bu maska üçün 4 çay stəkanı süd və 2 ədəd kartofa ehtiyacınız olacaq. Kartofları bişirdikdən sonra bir kasanın içində çəngəllə əzin və üzərinə süd əlavə edib qarışdırın. Qarışığı əllərinizə qoyub streç filmlə bürün. Maska tamamilə soyuq hala gələndə ilıq suyla təmizləyin.

Limon hamar və ləkəsiz əllərə malik olmağınızı təmin edəcəkdir. Evdə limon istifadə edərək keçirəcəyiniz təbii maskalarla əllərdə yaranan çatları apara bilərsiniz. Limon suyu ilə əl peeling-i etmək olduqca asandır. Bunun üçün 1 çay qaşığı sirkə, yarım limonun suyu və 1 çay qaşığı duz kifayətdir. Bir qabın içərisinə bütün bu materialları qoyub qarışdırandan sonra qarışıqla əllərinizə yumşaq bir şəkildə hər iki əlinizlə də iki, üç dəqiqəyə qədər masaj etdikdən sonra ilıq su ilə əllərinizi yuyacaqsınız. Sonra quru cildlər üçün hazırlanmış nəmləndirici kremi əllərinizə yaxşıca yedirdəcəksiniz. Bu peeling-i həftədə bir dəfə əllərinizə tətbiq edə bilərsiniz.

Əllərdə ən çox görülən problemlərdən biri də yaranan qəhvəyi ləkələr. Əllərdə yaranan bu qəhvəyi ləkələr üçün tətbiqi təbii çözümlər var. Bunlardan birini bölüşək.

Bir xörək qaşığı qatıq və iki xörək qaşığı limon suyunu bir qabda qarışdırıb əldəki qəhvəyi ləkələrin üzərinə sürün və qarışıq əllərinizdə quruduqdan sonra soyuq su ilə əllərinizi yaxşıca yuyacaqsınız. Bu qədər bəsit.

Əllərinizi qorumaq istəyirsinizsə, nə çox soyuq, nə də çox isti suya salmayın, hər zaman ilıq su ilə yumağa diqqət göstərin. Əlləriniz su ilə təmas etdikdən sonra nəmləndirici kremi sürməyi laqeydlik etməyin. Bir nəmləndirici kremi həm evdə gözünüzün davamlı görəcəyi bir yerdə saxlayın, həm də bir dənə çantanızda saxlayıb bayırda da istifadə edin.

Dırnaqların da həmçinin qayğıya ehtiyacı var. Dırnaqlarınızı bir fırça və ya limon qabığı ilə yuya bilərsiz. Dırnaqlarınızı limon qabığı ilə ovarsanız sararmalarının da qarşısını ala bilərsiz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 585
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri