Yatarkən gözəlləşin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 038
Səs ver:
(səs: 0)
 
Gözəllik üçün baxım şərtdir. Ancaq hər vaxt buna ayıracaq vaxt tapmaq çətindir! Bu səbəblə biz də sizin üçün yatarkən saçınızdan ayaqlarına qədər vaxt itirmədən necə baxım edə biləcəyinizlə əlaqədar bir neçə ipucu hazırladıq.

 

 

Gözlər
Göz altı torbalardan və bənövşəyi halqalardan yataraq xilas ola bilərsiniz. Avokado və ya badam yağı kimi təbii yağlarla və E vitaminiylə göz altlarınıza yüngülcə masaj etdikdən sonra kürəyi üstü şəkildə yatın. Səhər qalxdıqdan sonra şişkinliklərnizin azaldığını fərq edəcəksiniz.

 

Dodaqlar

Çatlamış və quru dodaqlar sıx qarşılaşılan və narahatlıq verən bir problemdir. Kimyəvi maddələr yerinə gecə yatmadan əvvəl sürtdüyünüz bir damla zeytunyağı dodaqlarınızın bütün quruluğunu alacaq

 

 

Dəri
Üzünüzdəki sızanaqlar üçün gecə yatmadan əvvəl təbii bir antiseptik olan çay ağacı yağı müddət bilərsiniz. Çay ağacı yağı siz yatarkən bakteriyaları öldürərək dərinizin sızanaqlardan xilas olmasını təmin edər.

 

 

Bədən
Yumşaq və hamar bir bədən üçün glikolik turşu məzmunlu bir bədən kremi tətbiq edə bilərsiniz. Glikolik turşu dərini canlandırar və yumşaqlıq qazandırar. Yatmadan əvvəl sürtdüyünüz bu kremin yaratdığı fərqi bir neçə gün içərisində fərq edə bilərsiniz.

 

 

Saçlar
Saçınıza baxım edə biləcəyiniz bir çox üsul var. İstər seçdiyiniz bir saç baxım məhsulunu, istər öz hazırladığınız saç maskasını yatmadan əvvəl saçınıza sürtüb, üzərinə bir salafan keçirib yata bilərsiniz. Xüsusilə öz hazırladığınız maskalar təbii olduğu üçün saçınızda uzun müddət qalması heç bir zərər verməz əksinə saç diblərinizə daha yaxşı işləyərək saçınıza daha yaxşı bir baxım təmin edər. Səhər qalxdığınızda saçınızı yuya bilərsiniz.

 

 

Əllər
Əllərinizi bol yuyursunuzsa və gün boyu istifadə etdiyiniz əllərinizə baxım etməyə fürsət tapa bilmirsinizsə, quru və çatlamış əllərdən şikayətçi ola bilərsiniz. Bunun üçün ən yaxşısı, gecə yatmadan əvvəl əllərinizə yaxşı bir nəmləndirici krem və kutikül yağı sürtməniz və daha yaxşı əmməsi üçün incə bir əlcək geyərək yatmanız vacibdir.

 


Ayaqlar
Ayaqlarınızın da əlləriniz qədər baxıma ehtiyacı var, xüsusilə uzun məsafələr yeriyir və ayaq üstə dayanırsınızsa buna mütləq ehtiyacınız var. Əlləriniz kimi ayaqlarınıza da yatmadan əvvəl lazımlı baxımı tətbiq edib, bir corab geyinərək yata bilərsiniz.

 

/Mənbə:Qadınlar.biz/


(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 038
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri