Vazelinin bilmədiyiniz faydaları

Müəllif: Meleknur
Şərhlər: 3
Baxılıb: 3 835
Səs ver:
(səs: 0)
- Kirpiklərinizin böyüməsinə yardımçı olur. Gecə kirpiklərinizə sürtün və nəticəsini görəcəksiniz.

- Ətir sıxdığınız yerlərə vazelin sürtsəniz sürtsəniz, ətirin qoxusu daha qalıcı olar.

- Vazelinin məsamələri örtməsi fikri yanlışdır, əksinə daha yumşaq cildə sahib olmanız üçün üzünüzə, boyun və qollarınıza sürtəbilərsiniz.

- Dişinizə bulaşan pomadaya vazelin sürtsəniz ləkə dərhal yox olacaqdır.

- Gecədən qalan makiyajı təmizləmək üçün istifadə edilir.

- Göz makiyajınızın altına, yanaqlarınıza və dodaqlarınıza sürtsənizdaha parlaq görüntüyə sahib olacaqsınız.

- Qaşlarınıza sürtdükdə həmin hissələri yumşaldır və qaşlarınızı alarkən ağrı hiss edilmir.

- Saçlarınızı boyayarkən alnınızın birləşdiyi yerə sürtün, böyləcə boya üzünüzdə iz buraxmayacaq.

- Aksesuarlarınıza da yeni bir görnüş verə bilər. Ayaqqabılarınıza bir azca sürtsəniz və fərqli görünün.

- Saçlarınızın ucları cansız görünürsə, az miqdarda saçlarınıza çəkin.

- Paltarlarınızda makiyaj izi varsa onların üzərinə vazelin sürtərək daha asan təmizlənmələrinə nail ola bilərsiniz.

- Günəşdə yanmayan bədən nahiyələrinizə, xüsusilə də dizlərin arxasına və biləklərinizin içərisinə sürtsəniz aradakı rəng fərqi hiss olunmayacaq.

- Dırnaq boyasının qapağını asanlıqla açmaq üçün qapağın altına vazelin sürtün.

- Peeling kimi də istifadə edə bilərsiniz.Dəniz duzu ilə qarışdırın və duş qəbul etdikdən sonra bədəninizə sürtün.

- Taxma kirpikləri rahatlıqla çıxartmağa kömək edir.

- Qulağınızı sırğa üçün dəldikdə həmin hissəyə vazelin sürtsəniz proses daha ağrısız və asan ola bilər.

- Quru və çatlamış dirsəklərinizi yumşaldır.

- Quru dəriyə sürtdükdə tez bir zamanda təsirini göstərir.

- Baxımlı dodaqlar üçün əvəzolunmazdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri