Evdə edə biləcəyiniz quru dərilər üçün maska

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 8 427
Səs ver:
(səs: 2)

 

 

 

Dəri istər normal, istər yağlı, istər quru olsun; əhəmiyyətli olan dərimizi qorumağı bilməkdir. Çünki üz və boyun xarici faktorlardan çox  təsirlənər.

 

Üzümün dəri quruluşu əllərimizinkinə bənzər. Lakin üzümüzün başqa problemləri də vardır; sızanaqlar, yağlanılma, qırışıqlıq kimi. Bunlar dərinin gerçək və ən böyük düşmənləridir. Ona görə dəri baxımına gənc yaşda başlayıb, dərinin növünə uyğun bir baxım etmək lazımdır.

Quru dərinin ən böyük problemi,  qaşındı, marka marka tökülmə və gərginlik. Quru bir dəriniz varsa, meyvə, tərəvəz və bitkilərlə edilən təbii baxımları, kosmetik məhsullara dəstək və alternativ olaraq seçim edə bilərsiniz.

Quru dəriyə yaxşı gələn, nəm verən maskaları araşdırdı: İşdə etməsi və tətbiqi asan quru dəri maskaları…

Yulaf içi maskası

İki şorba qaşığı yulaf içini, suda və ya süddə 15 dəqiqə qaynadın. Sonra bir qaşıq bal əlavə edin. İlıqkən üzünüzə çəkin, bir az gözlədin və ilıq su ilə durulanın.

Balqabaq maskası

Qaynadılmış balqabaqdan iki yemək qaşığı alın və içərisinə bir yemək qaşığı zeytunyağı və ya badam yağı qarışdırın. Bu qarışığı gözəlcə üzünüzə çəkin. 20 dəqiqə sonra ilıq su ilə dərinizi durulanın.

Kök maskası

İki  kökü rəndələyin və yumurta ağı ilə çırpın. Buna, bir çay qaşığı zeytunyağı və ya süd və az miqdarda nişasta qarışdırın. Üzünüzə və boyunuza çəkin. Yarım saat sonra yuyun.

Banan maskası

Bir ədəd bananı yaxşıca əzdikdən sonra içinə bir çay qaşığı süd və ya  qaymaq qatın. Bu qarışığı 20 dəqiqə üzünüzdə saxladıqdan  sonra yuyun.

Alma maskası

Bir almanı rəndələdikdən sonra içinə bir yemək qaşığı zeytunyağı, süd və ya qaymaq qarışdırın. Üzünüzə və boyunuza çəkin, 20 dəqiqə sonra təmizləyin.

 

 Tərcümə etdi və hazırladı:PURE LOVE

 

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 8 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri