Hər bir qızın bilməsi gərəkən 13 byuti qayda

Şərhlər: 2
Baxılıb: 2 710
Səs ver:
(səs: 1)
1. Çəhrayı pomada seçərkən dodaqlara üç fərqli çalarda olan boyaların hər birindən bir şaquli xətt çəkin. Damağ rənginə ən çox uyğun gələn çaları alın.

2. Qırmızı pomada alarkən iki əsas məqama diqqət edin. Birinci dəri tonudur. Dəriniz isti çalarlıdırsa ,narıncı alt –tonda olan qırmızı pomada alın,soyuq çalarlı dəri rənglərinə isə çəhrayı parıltısı olan al rəng yaraşır. Neytral qırmızı isə demək olar ki,hər kəsə uyğun gəlir. İkinci diqqət tələb edən nyuans-pomada dişlərin rəngini vizual olaraq ağartmalıdır,saraltmamalı.

3.Dəri tonunuzun isti və ya soyuq olduğunu anlamaq üçün biləyinizə baxın. Mavi və ya bənövşəyi damarlar görünürsə,soyuq tondur. Qəhvəyi rəngə çalırsa isti .

4.Adətən ekspertlər bir ağızdan idman zalında kosmetikadan imtina etməyi tövsiyyə edir. Lakin, “çılpaq” üz ilə özünüzü komfort hiss eləməyib,müxtəlif idman hərəkətləri yerinə yetirmək əvəzinə hər bir dəqiqədən bir güzgüyə baxırsınızsa ,bir az tuş,vurğulanmış qaşlar və konsiler sizə maneə törətməz. Tonal əsas ilə pudranı birdəfəlik beyindən silin. Onlar tər ilə qarışaraq məsamələri doldurub qapayır.

5.Qırışlı nahiyələrə parıltılı kosmetika tətbiq etməyin. Bu zaman qırışlar daha da gözəçarpan olacaq.

6. Tuşun köməyi ilə gözlərin formasını vurğulayıb dəqiqləşdirmək mümkündür. Gözləri nisbətən yumru etmək üçün yuxarı kirpikləri qaşlar istiqamətində tuşlayın,aşağı kirpiklərə də tuş çəkməyi unutmayın.Gözlərin formasını “tülkügöz” etmək üçün yuxarı kirpikləri yan istiqamətdə rəngləyin,aşağı kirpiklərə isə dəymək lazım deyil.

7.Çox vaxt göz kölgələri öz bağlamasında əlvan və tünd görünsə də,dəridə güc ilə nəzərə çarpır. Ağ göz qələmi bu işdə koməyə çatacaq.Bunun üçün bütün göz qapağını qələmlə rəngləyib kölgəni tətbiq etmək lazımdır.Yerigəlmişkən,bu üsul dırnaq boyalarında da keçərlidir. Ağ rəngli əsasda istənilən rəng daha da dolğun görünür.

8. Qaşlarınıza forma verərkən ,tam yüzdə-yüz simmetriyanı yaratmağa çalışmayın. Qaşlar iki bacıdır,lakin ,əkizlər deyil.

9. Saçlarınız yağlı və ya qarışıq tipə aiddirsə ,kondisioneri saç köklərinə təmas etməyin,bu zaman saçlarınız həcmli görünməyəcək. Kondisioneri qulaq ilə uclar arasındaki sahəyə tətbiq edin yetər.

10.Kondisioner istifadəsindən sonra saçları (başı yox haa saçları) soyuq su ilə yaxalayın.Bu zaman saç kutikulaları yığılıb qapanacaq və nəticədə daha parlaq və baxımlı saçlara sahib olacaqsınız.

11. Dırnaq boyasının dırnaqda qalma müddətini uzatmaq üçün ,dırnaq sahəsini mütləq şəkildə qurutmanız gərəkdir. Bunun üçün xüsusi məhsullar satılır. Ardınca hər iki gündən bir təzə təbəqə tətbiq edin.

12. Lakı tez qurutmaq üçün dırnaq uclarını soyuq suya batırın. Fen burada kömək etməyəcək ,və rəng çalarını daha da sönük edəcək.

13. Ətirləri qarışdırmaqdan çəkinməyin. Bu yeni və unikal kompozisiya yaratmaq üçün ən asan və əlçatan yoldur.İris və aldehidlər qoxunu daha dadlı,human notlar isə daha şirin edir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri