Üzdəki sızanaqlarla mübarizə

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 169
Səs ver:
(səs: 0)

 


Civzələr üzdə əmələ gələn ağ və qara nöqtələrdi. Bu, adətən üzü yağlı , dərisi məsaməli olan adamlarda əmələ gəlir. 
Üzdəki civzələri sıxmaq qəti qadağandı. Çünki bu yolla dərialtı toxumaya infeksiya keçə bilər. Civzələri ev şəraitində üzü buxara verməklə təmizləyirlər. Bu üsulla bütün qara civzələri təmizləyə bilmirsinizsə , onda həkim-kosmetoloqa müraciət edin.
Üzü civzədən təmizləmək üçün ona pomidor və ya yetişmiş əncirdən 20 dəqiqəlik maska qoymaq olar.
Üzü tez-tez buxara verməklə də təmizləmək olar. Lakin sonra krem çəkmək olmaz.
Üzündə civzə olan adamlar qidalarına fikir verməlidirlər: onlar tünd təamlı yeməklər ( istiot, xardal, sirkə), şirniyyat, ağ çörək və kartof az yeməlidirlər.
20 qr. mayanı bir az süd ilə qarışdırın və üzünüzə yaxın . 25 dəqiqədən sonra əvvəl isti , sonra soyuq su ilə yuyun. Bu maska üzündə tez-tez civzə əmələ gələnlər üçün xeyirlidi. Həftədə 1 dəfə bu maskanı etsəniz üzünüz təmiz və təravətli olacaq. Sifətinizdə qırmızı sızanaqlar əmələ gəlmişsə, onda heç yuyunmayın və üzünüzü 2% -li sintomisin, salisil, ya da kamfora spirti ilə silin.
Yağlı, sızanaqlı üzə bağayarpağı maskası yaxşı təsir göstərir. Üzünüzü yuduqdan sonra krem çəkməyin. 
Üzünün dərisində tez-tez sızanaq, civzə əmələ gələn adamlar səhər acqarnına 1 x.q. bal yeməli 1 st. soyuq su içməlidir.
Qırmızı yaralı sızanaqlar əmələ gələn dərini yumayın, limonla silmək daha məsləhətdir.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri