Təbii gözəlliyə qovuşmaq üçün asan başa gələn üsullar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 389
Səs ver:
(səs: 1)
Evdə asanlıqla hazırlaya biləcəyiniz maskalara çox pul xərcləmək lazım deyil. Hər mətbəxdə tapılan ərzaqların da gözəlləşməkdə istifadə qaydaları təqdim edirik:  

Hər dərdə dərman limon
Günəş ləkələrini yox etmək üçün ən yaxşı həll yolu limondan keçir. Limonu ortadan kəsin və ləkələrə  sürtün. Limonu üzünüzdə 3 dəqiqə saxlayın və yaxalayın.

Kibrit qutusundan pilka
Dırnağınız sınıb ancaq yanınızda pilka yoxdur? Kibrit qutusunun yandırma zolağı ilə dırnaqlarınızı hamarlaya bilərsiniz.

Ən gözəl pilinq türk qəhvəsidir
Dəridəki ölü hüceyrələrdən xilas olmaq üçün içdiyiniz türk qəhvəsinin dibini atmayın. Qəhvə dibi ilə zeytun yağını və ya bədən kremini qarışdırın. Bu maksanı üzünüzə və ya bədəninizə dairəvi hərəkətlərlə sürtün.

Dəriniz bal maskası ilə parıldasın
Qurumuş və çatlamış dəri üçün bir qaşıq bal kifayətdir. Dərinizə sürtün və 10 dəqiqə gözləyin. Beləliklə, lap yumşaq, hamar və canlı dəriyə sahib olacaqsınız.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri