Hazal Kayanın gözəllik sirləri

Müəllif: Fialka
Şərhlər: 13
Baxılıb: 4 817
Səs ver:
(səs: 2)
Seriallardan tanıdığımız gözəl aktrisa Hazal Kayanın gözəllik və makiyaj sirləri hamı üçün maraqlıdır.

Aktrisa makiyaj etməyi çox sevdiyini bildirir. Ancaq serial çəkilişləri zamanı üzünə  həddən artıq makiyaj edildiyi üçün gündəlik həyatda sadə olmağa çalışır. Beləliklə, dərisinin korlanmasının qarşısını alır.

Adətən, təbii görünən makiyaja üstünlük verdiyini deyir. Makiyajda ən çox ənlikdən, tuşdan və göz kölgələrindən istifadə edir.

Həssas və allergiyaya meyilli dəriyə sahib olduğu üçün təmizlik zamanı təbii tərkibli məhsullardan istifadə edir. Mütəmadi olaraq dərisinə qulluq edir, həftədə bir dəfə pilinq etdirir.  

Tonik əvəzinə gül suyundan istifadə edir. Aktrisa bu gözəllik sirrini anasından öyrəndiyini vurğulayır. Onun sözlərinə görə, mağazalarda satılan heç bir tonik gül suyunu əvəz edə bilməz. Çünki gül suyu dərini təmizləyərkən eyni zamanda nəmləndirib, yumşaldır.

Göz makiyajına xüsusi önəm verdiyini deyən Hazal Kaya torpaq tonlarındakı göz kölgələrini xoşladığını qeyd edir. Dediyinə görə, makiyaj çantasındakı kosmetika məhsulları arasında ən tez qurtaranlar da elə göz kölgələri və laynerdir.

Qırmızı və çəhrayı rəngli dodaq boyalarına üstünlük verdiyini deyən aktrisa ancaq özəl bir dəvətə gedəndə pomada çəkir. Gündəlik həyatda isə sadəcə rəngli dodaq balzamlarından istifadə edir.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 4 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri