İlin trend rəngi Aqua Mavi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 349
Səs ver:
(səs: 3)
Aqua Mavi
Rənglərin insanın əhvalına, ruhuna təsirini bilməyən yoxdur. İsti yay günlərində, şəhərin səs-küyündə insana mənəvi olaraq rahatlıq, sakitlik bəxş edən, sanki göz yorğunluğunu alan rənglərdən biri, elə birincisi mavidir. Mavi hava və dənizin rəngi olub, günlük həyatımızda fərqində olmasaq da ən çox rastlaşdığımız rənglərdən biridir. Bu rəng qırmızının əksi hesab edilir, belə ki, qırmızı nə qədər ağır və iddialı rəngdirsə, mavi də bir o qədər yüngül və insana dinclik, hüzur gətirən rəng hesab edilir. Məhz bu səbəblərdən geyimlərimizdə yerindən və zamanından asılı olaraq mavi rəngə üstünlük verməliyik.

Mənim favorit rəngim mavi olduğu halda, "Sevimli rəngim mavidir” deyən xanımlara olduqca az rast gəlirəm. Mənim kimi mavi sevərlər 2014 payız/qış sezonunda olduğu kimi, bu ilin yaz/yay və payız/qış sezonu üçün də olduqca şanslıdırlar. Ümumiyyətlə, son illərdə mavinin müxtəlif tonlarına məşhur brendlər və dizaynerlər tərəfindən olduqca tez-tez müraciət olunur. Xatırlayarsınız ki, elektro mavi və səma mavisi də yaxın keçmişdə trend rənglər hesab olunurdu. 2015-də isə bir çox moda evinin başlıca rəngi Aqua Mavi oldu. Çünki bu ilin öz haqqı ilə trend olmağı bacaran rənglərindən biri də – Aqua mavi idi. Bu rəng firuzəyi ilə səma mavisinin xoş bir harmoniyası olmaqla, həm də mavinin daha tünd və açıq tonları, eləcə də yaşıl rənglər ilə birlikdə göz oxşayan rəng keçidi yaradır.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 3 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri