Quş nəcisi, öküz sperması - Kosmetik vasitələr haqqında Şok faktlar!

Müəllif: Onun_Mələyi
Şərhlər: 10
Baxılıb: 3 980
Səs ver:
(səs: 1)
Kosmetika qadınların həyatının ayrılmaz bir parçasıdır. Bir çox kişilər qadının təbii olaraq, gözəl görünməsinə üstünlük versələr də, qadınlar kosmetikadan istifadə edərək daha gözəl görünməyə çalışırlar. Dünya statistikasına görə, orta hesabla bir xanım həyatı boyunca kosmetikaya 15 min dollar pul xərcləyir. Bu xərclərölkələrə görə də dəyişə bilir. Azərbaycanda statistikaya görə, ümumi olaraq 1 il ərzində xanımlar kosmetikaya 280 milyon dollar xərcləyir. Bu qədər çox pul xərclənən kosmetikanın tərkibinin nələrdən ibarət olduğunu və nədən hazırlandıqlarını bilirsinizmi?
Xüsusilə xanımların marağında olan kosmetik vasitələrin nələrdən hazırlandığını, tərkibində nələrin olduğunu təqdim edəcək.

Kosmetikanın tərkibində sünnət dərisi, öküz sperması, balığın pulları və balina qusuntusu və s. bu kimi ağılalmaz qatqılar olur. Kosmetika bir qadını olduğundan daha da gözəl göstərsə də, anlaşılan odur ki, tərkibi o qədər də gözəl deyil.

Balina qusuntusu
Ambergis adlandırılan bu maddə balinaların həzm sistemindən sonra mədəsində qalan artıqların qusuntusudur. Bu maddə kosmetika sahəsində çox dəyərli olduğu üçün “üzən qızıl” olaraq da adlandırılır. Kosmetik vasitələrdə qoxunu və qorumanı təmin edən bu maddə uzun illərdir ki, istifadəedilir. Dünyaca məşhur marka olan “Chanel“in də bəzi parfümlərində bu maddələrdənistifadə olunur.

İlbizlər
İlbizlərin bədənlərindən ixrac etdiyi maddələrdən istifadə olunaraq nəmləndirici kosmetik vasitələr hazırlanır. Bu maddə dəridəki qırışlar üçün hazırlanan kosmetik vasitələrdə də istifadə olunur.

Balıq pulcuğu
Balıqların pulcuqlarındakı gümüşü rəngli parıltılı maddələr kosmetika sektorunda məhsullara parlaqlıq vermək üçün istifadəedilir. Xüsusi olaraq daha çox ringa balığının pullarından istifadə olunur. Guanin adı verilən bu maddə daha çox dırnaq lakı, pomada və şampunların hazırlanmasında istifadə edilir.

Uşaqların sünnət dərisi
Qulağa xoş gəlməsə də, hətta iyrənc səslənsə də, bir çox kosmetika şirkətləri bu vasitədən istifadə edir. Sünnət dərisindən daha çox yanan insanlar üçün hazırlanan kremlərdə istifadə olunur.

Quş nəcisi
Quş nəcisindən yalnız yaponlaristifadə edərək kosmetik vasitələr hazırlayır. Bu vasitə daha çox cild baxımı üçün hazırlanan kremlərdə istifadə olunur. Bu kremlər Yaponiyadan ixrac edilir və olduca bahalıdır.

Toyuq sümüyünün iliyi
Toyuq sümüyünün iliyi kosmetik vasitələrdə istifadə olunan heyvan parçalarından ən maraqlısıdır. Qlukozamin iləzəngin olduğu deyilən toyuq sümüyünün iliyi gənc görünmək üçün hazırlanan kosmetik vasitələrdə daha çox yararlı olur.

Öküz sperması
Kosmetikada öküz spermasından istifadə bu sektorda yeni başlayıb. Nəmlənməni mühafizə edən bu məhlul, bir çox firmalar və salonlar tərəfindən hazırlanan məhsullarda üstünlük təşkil edir. Öküz spermasının saçlara xüsusi parıltı verdiyi deyilir.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri