Tuşu kirpiklərə düzgün çəkirik: əsas qaydalar və sirlər

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 744
Səs ver:
(səs: 0)
Tuş vasitəsi ilə kirpiklərin uzunluğunu və həcmini artırmaq, baxışı isə daha ifadəli etmək olar. Kirpiklərə tuşun düzgün çəkilməsinin əsas qaydaları və üsulları bizim məqalədə.8 əsas qayda:

1. Həcm.
Baxışınızı daha ifadəli etmək istəyirsiniz? Müvafiq növtuşdan istifadə edin və çəkərkən bu qaydaya riayət edin:
kirpiklərinizi kökdən uclara doğru boyayın. Tuşu gözlərin daxili künclərindən çəkməyə başlayın və tədricən gicgaha doğru hərəkət edin.

2. Daranma.
Tuşun kirpiklərdə topalanmasınıvə kirpiklərin bir-birinə yapışmasını istəmirsiniz?Kirpiklərinizi həm iç, həmdə çöl tərəfdən fırça ilə yaxşıca darayın. Beləliklə, siz kirpiklərdə qalan artıq tuşu yığışdırmış və baxışlarınızı daha ifadəli etmiş olacaqsınız.

3. Gözlərin küncləri.
Kirpiklərinizi bilmirsiniz necə boyayasınız ki, onlar hətta gözlərin küncündə uzun olsunlar?Qısa nazik tüklü fırçadanistifadə edin. Kirpikləri boyadıqda gözlərinizi mümkün qədər geniş açın.

4. Kirpiklər üçün daraqlar.
İstifadə etdiyiniz kosmetik vasitəduru konsistensiyaya malikdirsə, peşəkar vizajistlərin istifadə etdiyi kirpiklər üçün xüsusi daraqdan siz də yararlanın. Tuşu kirpiklərin kökünə çəkin və quru daraqla onu tüklərin uzunluğu boyunca səliqəli çəkib aparın.

5. Rəng.
Çox vaxt sarı saçları olan xanımlar gözmakiyajı üçün kömür-qara tuşdan istifadə edirlər, buna görə də bir qədər vulqar görsənirlər.Üzünüzün təbii gözəlliyini vurğulayan çalarlı tuşlar makiyajın daha təbii olmasına yardım edəcəklər.

6. Həddi aşmayın.
Kirpiklərin bir-birinə yapışmaması üçün onları necə boyamaq lazımdır? Cavab sadədir – həddindən artıq qat çəkməyin. Gündüz makiyajı üçün 1-2 qat tuş çəkmək kifayətdir, axşam makiyajı üçün isə - 3-4 qat və ya süni kirpiklərdən istifadə etmək. Növbəti qatı əvvəlki qat tamamilə qurumamış çəkmək lazımdır.

7. Kirpiklərin burulması.
Kirpikləri zərif formaya salmaq üçün tuşu çəkmədən əvvəl kirpik burandan istifadə edin. Buruq effektli fırçası olan tuş seçin.

8. Uzunluq.
Kirpiklərin uzun olması üçün tuşu necə çəkmək lazımdır? Yuxarı və aşağı tükləri boyayın, sonra ovulan kirşan vurun. Növbəti layları ziqzaq hərəkətləri ilə çəkin.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 744
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tomris Müslümova
Ucdan vuranda çox çirkin görüntü yaranir. Men hemise vuranda bura-bura dibden vururam. Çox vaxtsa qehveyi tuj istifade edirem çünki qasim, kirpiyim qehveyidi. Qara elede yarasmir.
Bildiyim melumatlar idi tesekkürler.
5 oktyabr 2018 14:48
6
Mənim olan bu heart səni çox sevir!!!
Offline
❤Ə❤CANAN❤G❤
Kipriklerim elede yaxsi deyil
tus vururanda yaxsi durur ama.men cox qat vurr deye cox vaxt yapisir bir birine onuda iyne ile qopardiram122lazimli melumat ucun tsk.
5 oktyabr 2018 13:26
5
canan qizim sirin seker qizim.
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
5 oktyabr 2018 12:52
4
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink
Offline
Cema_Axodova
Menim kipriklerim uzun ve qalindi deye cox nadir hallarda istifade edirem
5 oktyabr 2018 12:23
3
p.s
Offline
BARBI
Men tus o qederde cekmirem.Kirpiklere zererlidir.
5 oktyabr 2018 11:30
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
maraqli oldu bilmek
5 oktyabr 2018 11:04
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri