Cut crease makiyaj nədir? - TƏTBİQ QAYDASI VƏ FOTOLAR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 445
Səs ver:
(səs: 1)
Mövsümün ən populyar makiyaj meyllərindən biri olmağı bacaran cut crease necə edilir? Beləliklə, addım-addım cut crease makiyajı.

Son zamanların ən gözdə makiyaj meyllərindən biri olan cut crease makiyaj axını, gözü daha dərin və kölgəli göstərmək üçün istifadə edilir. Gündəlik makiyaj üçün ox uyğun olmayan bu ardıcıllıq, daha çox gecə və xüsusi günlər üçün tətbiq olunan makiyajlarda qarşımıza çıxır. Sizlər üçün cut crease ardıcıllığını necə tətbiq edə biləciyinizi araşdırdıq.

Cut crease axınını düzgün bir şəkildə tətbiq etmək üçün əvvəlcə bu makiyajı tətbiq edəcəyiniz bölgəni bilməlisiniz. Qaş sümüyünün bitib, göz əyrinin başladığı bölgədə yaranmış çuxura crease zonası adlanır. Makiyaj edərkən bu bölgəyə tətbiq olunan xüsusən tünd rəngli göz kölgəsi gözün daha qıyıq və böyük görünməsinə yardımçı olur.

Cut crease makiyaja başlamazdan əvvəl göz qapaqlarında rəng bərabərsizliyini tarazlaşdırmaq və daha qüsursuz görünüşə çatdırmaq üçün açıq rəngdə mat bir göz kölgəsi və ya kölgə bazası tətbiq etməlisiniz.

Kölgəni tətbiq etdikdən sonra kirpik altınıza nazik fırçayla tünd rəng bir göz kölgəsi və ya göz qələmi tətbiq edin. Daha sonra qalın uclu bir fırçayla dağıdaraq dumanlı bir göz makiyajı əldə edin.

Cut crease trendini həyata keçirməyə başlamaq üçün əvvəlcə nazik bir kapatıcıyı göz qapağına tətbiq edərək kəskin bir mənzərə yaxalayın. Kapatıcının üzərinə açıq rəng bir göz kölgəsiylə keçin.

Son olaraq seçdiyiniz canlı, ya da tünd rəng bir kölgəni gözünüzün xarici küncünə sürün və gözün ortasına doğru dairəvi hərəkətlərlə paylayın. Və budur cut crease makiyaj hazırdır!

Cut crease makiyaj nədir? - TƏTBİQ QAYDASI VƏ FOTOLAR








(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri