Gözəl bronz makiyajını necə edək? Addım addım İZAHI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 986
Səs ver:
(səs: 1)
Gözəl bronz makiyajını necə edək? Addım addım İZAHI

Düşünə bilərikki bronz makiyaj etmək elədə çətin deyil. Bir az bronzlaşdırıcı pudra, qəhvəyi göz kölgəsi və budur, bronz vizaj hazırdır. Ancaq bu heçdə elə deyil. Bronz makiyajın öz pik nöqtələri var ki, onları bilib tətbiq etsəz siz doğrudanda müthiş görünə bilərsiz.

1. Əgər sizin açıq rəngli dəriniz varsa və siz günəşdə qızılı rəngində qaralırsınızsa bronz makiyaj üçün tonal kreminizi sand (qum rəngi), caramel (karamel rəngi) və ya buff (açıq qəhvəyi) tonlarında seçməlisiz. Dəriniz gün altında daha tünd, qəhvəyi və tünd qəhvəyi rəng qaralırsa onda tonal kreminizi - almond (mindal rəngi) mocha (mokko rəngi) coco (kakos qabığı rəngi) tonlarında seçim edəcəksiz. Əgər sizin saçlarınız kürən dərinizi qızılı və çillidirsə siz də sand və caramel rənglərindən istifadə edə bilərsiz. Tonal kremi isə məsamələri qapadan qatı halını yox, yüngül flyuidli seçsəz yaxşı olar. BB krem buna tam uyğun gəlir.




2. İndi növbə çatdı qızılı lyuminayzerə. Lyuminayzer çox xırda parıldayan hissəciklərdən ibarətdir. Onu almacıq sümüklərinizə, qaş altına, azacıq alın və çənə mərkəzinə və üst dodağın üstünə tətbiq edib yayın.
Lyuminayzerin sehirli toxunuşu nəticəsində sizin dəriniz çox xoş bir parıltı əldə edəcək.




3.Adətən bronzlaşmış dəridə korrektera ehtiyac duyulmur. Ancaq sizin dərinizdə hansısa xırda qüsurlar varsa onları korrektor köməyi ilə örtün. Korrektoru da seçdiyiniz tonal krem rəngində istifadə edin, ancaq gözlərin altını bir az açıq rəngdə vurğulayın. Üz makiyajınızı toz pudra və ya fiksator sprey vasitəsi ilə bərkidin.




4. Tonal kreminizdən tünd pudranı (bronzer tonlarında) yelpək fırça vasitəsiylə, almacıq sümüklərinizin altına, alın kənarlarına, tük diblərinə tətbiq edərək yayın. Əl altında bu cür pudra yoxdursa kakao tozundan da istifadə edə bilərsiz.




5. Göz makiyajı üşün əvvəlcə yuxarıda bəhs etdiyimiz lyuminayzeri göz üst qapaqlarına tətbiq edin. Göz kolgəsi altindan çox xoş bir parıltı verəcək. Qızılı dərili qızlar qızılı, qum rəngi, bronz rəng və açıq qəhvəyi tonlarda kölgə seçimi edirlər. Kürən xanımlara old gold - tündləşdirilmış qızıl və azacıq yaşıla çalan göz kölgəsi tonu seçməyi məsləhət görürük. Bronz makiyaj xüsusəndə makiyajın SMOKEY EYES texnikasında çox effektli görsənir.




6. Növbə dodaqlara çatdı. Bronz makiyajda nəm örtüklü dodaq parladıcısı istifadəsi ən yaxşı variantdır. O şəffaf, qum rəngində, açıq cəhrayı rəngində ola bilər. Ancaq tərkibində qızılı parıltılı hissəciklərin olması mütləqdir. Və yadda saxlayın: Heç bir kontur karandaşdan istifadə etmək olmaz! Makiyaj gözlə sezilən liniyalar olmadan cox təbii görünməlidir. İsitsnalar isə qızılı tonlarında saçları, açıq rəngli gözləri olan xanımlara aiddir. Onların dərilərində bronz makiyajda tünd, isti rəngli pomadalar çox effektli görünür. (al rəng, koral və nar rəngi)








(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri